Redaktor
"Bank Respublika"da diqqətçəkən azalma: nağd vəsaitləri 58%-dən çox azalıb
Hesabat dövründə "Bank Respublika"nın nağd pul vəsaitləri və ekvivalentlərində, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 307 milyon 545,29 min manat və ya 58,61% azalaraq 217 milyon 141,18 min manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin eyni rübündə bankın nağd pul vəsaitləri və ekvivalentləri 524 milyon 686,47 min manat olub.
Eyni zamanda, bankın cəmi depozitlərində də azalma qeydə alınıb.
Belə ki, depozitlərin həcmi illik müqayisədə 58 milyon 57,27 min manat və ya 4,8% azalaraq 1 milyard 154 milyon 184,20 min manata enib.
Ötən ilin eyni dövründə isə bu göstərici 1 milyard 212 milyon 241,47 min manat təşkil edib.
Hesabat dövründə fiziki şəxslərin depozitləri 13 milyon 36,25 min manat və ya 2,11% azalaraq 603 milyon 312,08 min manat olub.
Hüquqi şəxslərin depozitləri isə 45 milyon 21,02 min manat və ya 7,55% azalaraq 550 milyon 872,12 min manata düşüb.
Qeyd edək ki, 2025-ci ilin I rübündə bankdakı fiziki şəxslərin depozitləri 616 milyon 348,33 min manat, hüquqi şəxslərin depozitləri isə 595 milyon 893,14 min manat olub.
Tənzilə Ağabalayeva
Əlaqəli Xəbərlər
"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb
“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb
Şirkətlər 2 milyard manatı ABB-dən geri çəkib
“AccessBank”ın nağd vəsaitləri 26,7 milyon manat azalıb
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026