Redaktor
"Bankın problemli kreditləri 3%-dirsə, normaldır"
Cari ilin yanvar-fevral aylarında bank sektorunda cəmi kredit qoyuluşu 32 milyard 002,5 milyon manat təşkil edib. Bunun 562,0 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşür. İllik və aylıq müqayisə göstərir ki, gecikmiş ödənişlər və riskli kreditlərin həcmi artmaqdadır.
Bu fonda belə bir sual yaranır: Problemli kredit anlayışı hansı halları əhatə edir və kreditlər hansı mərhələdən sonra yüksək riskli hesab olunur?
İqtisadçı Murad Calalov Valyuta.az-a bildirib ki, əgər müştəri bankdan kredit götürüb və onu normal şəkildə ödəyirsə, hər şey qaydasındadır:
"Əgər 45 günə qədər ödəniş olmursa, bu müddət başa çatdıqdan sonra kredit intensiv şəkildə araşdırılır, yəni niyə ödənilmədiyi ciddi şəkildə yoxlanılır. Bunun müxtəlif mərhələləri var. 45 günə qədər olan gecikmələr bir mərhələyə aiddir. Daha sonra 3 aya qədər olanlar və 3 aydan sonrakı gecikmələr var. Bu proses bir ilə qədər davam edən mərhələlər üzrə qiymətləndirilir. 3 aya qədər ödəniş edilməyən kreditlər non-performing loans (ödənişi gecikmiş və problemli kreditlər) adlanır. Bu, ödənişdə heç bir hərəkətlilik olmayan kreditlər deməkdir və artıq riskli kredit kateqoriyasına daxil olur. Belə kreditlər üzrə 90 gün, yəni 3 ay ərzində heç bir ödəniş həyata keçirilmir. Bu müddətdə də müştəri ilə danışılır, lakin yenə də ödəniş olunmursa, individual value assessment (kreditin ayrıca dəyər və risk qiymətləndirilməsi) mərhələsinə keçirilir. Əgər kredit sonradan da ödənilmirsə və bir il ərzində geri qaytarılmırsa, bu artıq problemli kreditlər içərisində probability of default (PD) (öhdəliyin yerinə yetirilməməsi ehtimalı) kateqoriyasına daxil edilir. Burada artıq geri ödənilməmə ehtimalı çox yüksək hesab olunur. Yəni bank həmin vəsaitin itirilməsini gözləyir. "Probability of default" mərhələsinə adətən bir ildən sonra daxil olunur".

M.Calalov qeyd edib ki, bu göstərici hər bir bank üçün maksimum təxminən 3% səviyyəsində olmalıdır:
"Ondan artıq problemli kreditlərin yaranmasına yol verilməməlidir. Yəni bank üzrə ümumi problemli kreditlərin payı 3%-ə qədər normal sayılır. Əgər ödəniş olmursa və heç bir girov yoxdursa, kredit birbaşa bank üçün itki hesab olunur. Əgər ipoteka kreditidirsə, alınan əmlak özü girov sayılır. Bu halda müştəriyə əlavə vaxt verilə bilər - forbearance (ödəniş üçün əlavə möhlət verilməsi). Bu da nəticə verməzsə, girov müsadirə olunur və satılaraq vəsait geri qaytarılır. Əgər girov kimi pul və ya başqa əmlak qoyulubsa, həmin təminat da müsadirə oluna bilər. Avtomobil kreditlərində də nəqliyyat vasitəsi girov kimi götürülə bilər. Əgər belə kreditlərdə də ödəniş olmursa və kredit sığortalıdırsa, bank vəsaitini sığorta hesabına geri alır. Bu da mümkün olmazsa, artıq həmin məbləğ bankın itkisi hesab edilir".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb
21.04.2026E-saglam.az 5 yaşında
21.04.2026AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
21.04.2026Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir
21.04.2026Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi
21.04.2026Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək
21.04.2026Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB
21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb
21.04.2026Sabah 22 dərəcə isti olacaq
21.04.2026Fransa sərt büdcə qənaətinə keçir
21.04.2026Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
21.04.2026Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026