Redaktor
Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı
"Knight Frank Wealth Report"un yeni hesabatına görə, artıq 1 milyon dollar lüks daşınmaz əmlak bazarında əvvəlki dəyərinə malik deyil.
Dünyanın ən baha bazarı hesab olunan Monakoda bu məbləğə cəmi 16 kvadratmetr sahə almaq mümkündür.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə bu rəqəm 17 kvadratmetr idi. Reytinqdə ikinci yerdə qərarlaşan Honkonqda 1 milyon dollara 22,5 kvadratmetr sahə düşür. London, Sinqapur və Cenevrə ilə müqayisədə Nyu-York daha "əlverişli" görünür - burada sözügedən məbləğə 33,9 kvadratmetr əmlak əldə etmək olar.
Ötən il "Knight Frank" tərəfindən izlənilən 100 bazarda qiymətlər orta hesabla 3,2 faiz artıb. Dubayda qiymətlər 2025-ci ilə qədər 25 faiz, son beş ildə isə təxminən 200 faiz artıb. 2025-ci ildə Tokioda 58 faizlik rekord artım qeydə alınıb. Manila, Seul və Praqa da yüksək artım templəri nümayiş etdiriblər.
Ekspertlərin fikrincə, yaxın gələcəkdə lüks daşınmaz əmlakın əsas artım mərkəzləri Mumbay, Brisben, Mayami və Honkonq olacaq.
Hesabatda vurğulanır ki, superzəngin şəxslər indi hər zamankından daha mobildirlər, onlar dünyanın müxtəlif yerlərindən mülklər alırlar və bir şəhərdən digərinə daha tez-tez köçürlər. Bu tendensiya qlobal elit bazarlarda rəqabəti və qiymətləri daha da stimullaşdırır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
28.04.2026Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI
28.04.2026Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
28.04.2026“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı
28.04.2026Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır
28.04.2026Prezident sel və daşqınlarla bağlı 85 milyon manatdan artıq vəsait ayırdı
28.04.2026