Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Redaktor

19.03.2026 16:00
442

Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Bir çox gənc xəyallarını gerçəkləşdirmək üçün karyera yolunda ilk addımlarını atır. Lakin bəzən etdikləri səhvlər onları ruhdan salır və bu yolun başlanğıcında geri çəkilməyə səbəb olur, vaxt itkisi yaradır.

Bəs gənclərin karyerada ən çox vaxt itkisinə səbəb olacaq əsas səhvləri nələrdir?

Valyuta.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov bildirir ki, "Hər sahəni yoxlayım" anlayışındansa daha real mentorun dəstəyindən faydalanmaq lazımdır:

"Bir çox gənc 2-3 ay bir sahədə qalım, bəyənməsəm, digərinə keçərəm" düşüncəsi ilə hərəkət edir. Amma həyat səhv edərək öyrənmək üçün çox qısadır. Texnologiya və informasiyanın əlçatan olduğu bir dövrdə karyerada uğur qazanmış insanları izləyərək səhvlərindən dərs çıxarmaq mümkündür".

A.Həsənovun fikrincə, öz güclü tərəflərini təkbaşına kəşf etməyə çalışmaq dumanlı havada yol tapmağa bənzəyir: “Burada mentor dəstəyi mütləqdir. Mentorluq almaq zəiflik deyil, əksinə, zamana qənaət etmək və özünü səhvlərdən sığortalamaqdır. Hətta dünyanın ən nəhəng şirkətlərinin belə mentorları və məsləhətçiləri olduğu halda, fərd olaraq bu dəstəkdən qaçmaq inkişafı ləngidir.

Mütəxəssisin fikrinə görə, sosial medianın "ideal ofis" illüziyası gəncləri real mübarizədən uzaqlaşdıra bilir:

"Sosial şəbəkələrdə gördüyünüz gülərüz kollektivlər, rəngli ofislər və sonsuz kofe fasilələri real iş həyatının yalnız kiçik bir hissəsidir. Reallıq isə fərqlidir: iş həyatı mübarizə, çətinlik, bəzən depressiya və sıxıntılarla doludur. Mübarizə daim davam edir və bu reallığı qəbul etmək sizi sarsılmaqdan qoruyur.

Ekspert vurğulayır ki, şəbəkələşmə (netvörkinq) status yox, fayda mübadiləsi əsasında olmalıdır:

Netvörkinq dedikdə çoxları yalnız yüksək vəzifəli şəxslərlə tanış olub onlardan kömək gözləməyi başa düşür. Bu, tamamilə yanlış yanaşmadır. Əsl şəbəkələşmədə qarşıdakı insanın statusu deyil, onun öyrətmə marağı və sizin ona verə biləcəyiniz fayda önəmlidir.

Şəbəkələşmə qarşılıqlı öyrənmə prosesidir. "O mənə kömək etməlidir" yox, "Biz bir-birimizə nə qata bilərik?" sualı əsas olmalıdır.

O, həmçinin gənclərə bildirir ki, müqayisəni dayandırıb, reallığı görmək daha məqsədəuyğundur:

"Özünüzü başqaları ilə müqayisə etmək enerjinizi daxildən bitirir. Xüsusilə böyük bizneslərin sistemini görüb ruhdan düşməyin. Böyük şirkətlər artıq pik həddə çatıb, sistemlərini qurub və avtomatlaşdırıblar. Onlar hər yeni təklifi və ya işçini dərhal qəbul etməyə bilərlər.

Mütəxəssis gənclərə məsləhət görür ki, startaplar və kiçik komandalar parlamaq üçün ən yaxşı yerdir: "Karyeranın başlanğıcında böyük şirkətlərə CV atıb gözləyən müddətdə kiçik komandalara və ya startaplara qoşulmaq daha effektivdir.

Startaplarda sizə daha çox məsuliyyət verilir. Çünki burada hər kəsin əməyi birbaşa görünür.

Burada real bacarıqlarınızı nümayiş etdirmək və qısa müddətdə böyük təcrübə toplamaq şansınız daha yüksəkdir.

Mütəxəssis bildirir ki, daim axtarışda olmaqdansa, özünüzə standart bir hədəf seçin, çətinliklərdən qorxmayın və kiçik komandalarda var gücü ortaya qoyaraq özünüzü sübut edin:

“Daim nəzərinizdə qalsın ki, ən böyük sərmayə vaxtdır və onu düzgün idarə etmək sizin əlinizdədir”.

Nuranə Mübariz

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən yüksək pensiyanın verildiyi rayon və şəhərlər - CƏDVƏL

19.05.2026

Kredit sığortasında ödənişlər 2 dəfədən çox azalıb

19.05.2026

800 milyard "Yeni Delta": Misir ölkə tarixinin ən böyük kənd təsərrüfatı layihəsini işə saldı

19.05.2026

Bakı Bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq

19.05.2026

Bir elektromobilin orta qiyməti 11 min manat azalıb

19.05.2026

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 38,8 manat artıb

19.05.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.05.2026

Eldar Əzizov: Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri inşa olunur

19.05.2026

Eldar Əzizov: Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır

19.05.2026

Bu şəxslər üçün işə qəbul qaydaları sərtləşdirilir

19.05.2026

Pomidor ixracı ölkəyə 75 milyondan çox qazandırıb

19.05.2026

Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib

19.05.2026

Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın ®

19.05.2026

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Məzənnə

Yüklənir...