Doqquz oturacaqlı kiçik içki köşkündən qlobal hotel biznesinə uzanan yol

Redaktor

27.04.2026 08:30
181

Doqquz oturacaqlı kiçik içki köşkündən qlobal hotel biznesinə uzanan yol - SƏHƏR OXUSU

Bu gün milyonlarla insanın tanıdığı “Marriott” adı bir vaxtlar cəmi doqquz oturacaqlı kiçik içki köşkü idi. Dünyanın ən böyük hotel qruplarından birinə çevrilən bu brendin arxasında sadə başlanğıc, düzgün zamanlama və dayanmayan inkişaf dayanır.

İlk addım 1927-ci ildə kiçik köşk

1927-ci ildə J. Willard Marriott və həyat yoldaşı Alice Marriott Vaşinqtonda “A&W Root Beer” köşkü açdılar. Köşk cəmi doqquz yerlik idi. Yayın isti günlərində soyuq içkilərə tələbat yüksək olduğundan biznes qısa müddətdə maraq gördü. Alice Marriott isə ilk gündən mühasiblikdən mətbəxə qədər bir çox işi özü idarə edirdi.

Köşkdən restorana keçid

Mövsümi satışdan asılı qalmamaq üçün menyuya isti yeməklər əlavə edildi. Bununla da biznesin adı “Hot Shoppes” oldu. Sonrakı illərdə bu restoranlar sürətlə böyüdü və Vaşinqton ətrafında bir neçə filial açıldı. Şirkət xidmət keyfiyyəti və sürətli servis modeli ilə seçilirdi.

Böyük dönüş nöqtəsi hotel biznesi

1957-ci ildə şirkət ilk hotelini açdı - “Twin Bridges Motor Hotel”. Bu addım Marriott tarixində ən vacib dönüş nöqtəsi sayılır. Çünki restoran biznesində qazandığı xidmət təcrübəsi hotel sektorunda da uğur gətirdi. Sonrakı onilliklərdə “Marriott” ABŞ-dan kənara çıxaraq beynəlxalq bazarlara daxil oldu.

Qlobal imperiyaya çevrilməsi

İllər ərzində şirkət onlarla yeni marka yaratdı və müxtəlif hotel seqmentlərinə daxil oldu. Bu gün “Marriott International” dünyanın ən böyük qonaqpərvərlik şirkətlərindən biri hesab olunur və yüzlərlə şəhərdə fəaliyyət göstərir. Bir vaxtlar kiçik köşk kimi başlayan biznes qlobal imperiyaya çevrildi.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın şampun aldığı ölkələr - TOP 10

28.04.2026

"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır

28.04.2026

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28.04.2026

İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

28.04.2026

Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi

28.04.2026

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28.04.2026

Prezident sahibkarları təltif etdi - SİYAHI

28.04.2026

“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®

28.04.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb

28.04.2026

Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord

28.04.2026

Sabah hava necə olacaq?

28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar

Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL

28.04.2026

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

28.04.2026

Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

28.04.2026

“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı

28.04.2026

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

28.04.2026

Prezident sel və daşqınlarla bağlı 85 milyon manatdan artıq vəsait ayırdı

28.04.2026
"Unibank"a depozit üçün daha çox kim üz tutur

"Unibank"a depozit üçün daha çox kim üz tutur - əhali, yoxsa şirkətlər?

28.04.2026

9 yüksək vəzifəli şəxs işdən azad edildi - ADLARI

28.04.2026

Emin Əmrullayevdən yüksək vəzifəyə TƏYİNAT

28.04.2026

Məzənnə

Yüklənir...