Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək

Redaktor

06.04.2026 11:39
63

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək

İşəgötürənlər cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

Valyuta.az xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihəyə əsasən, əsas məqsəd eyni və ya bərabər dəyərli iş görən şəxslər arasında əməkhaqqı bərabərliyinin daha dəqiq şəkildə təmin edilməsidir. Təklif edilən dəyişikliklərə görə, işəgötürənlər cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

Qanun layihəsində qeyd olunur ki, işin bərabər dəyərli hesab edilməsi əmək şəraiti, funksiyanın xarakteri və qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulan meyarlar əsasında müəyyən ediləcək. Bu yanaşma əmək münasibətlərində daha obyektiv qiymətləndirmə mexanizminin tətbiqinə xidmət edir.

Eyni zamanda Əmək Məcəlləsinin müvafiq maddəsinə əlavə edilən yeni hissə ilə “eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsinin təmin edilməsi” ayrıca prinsip kimi təsbit olunur.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna edilən dəyişikliklər isə bu prinsipi daha da konkretləşdirir. Belə ki, işəgötürənin eyni və ya bərabər dəyərli işlər üzrə əməkhaqqını bərabər ödəməli olduğu açıq şəkildə qeyd edilir və bu zaman yenə də əmək şəraiti və tarif-ixtisas xüsusiyyətləri əsas götürülür.

Bununla yanaşı, qanunun 9.2-ci maddəsindən “mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər” ifadəsinin çıxarılması təklif olunur ki, bu da əməkhaqqı anlayışının daha dəqiq sərhədlərinin müəyyənləşdirilməsinə yönəlib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Qonşunun səhlənkarlığı mənzilinizə ziyan vurarsa, məsuliyyət kimə düşür?

Qonşunun səhlənkarlığı mənzilinizə ziyan vurarsa, məsuliyyət kimə düşür?

06.04.2026

Müsadirə olunan “Range Rover” endirimli qiymətlə satışa çıxarılır

06.04.2026

Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 milyon manatı keçib

06.04.2026

Avtomobil yağları kəskin bahalaşdı - SƏBƏB

06.04.2026

Sabah hava necə olacaq?

06.04.2026

ABA rəhbərliyi Çinə səfəri çərçivəsində AFCA rəhbərliyi ilə görüş keçirib

06.04.2026

Daşınmaz əmlakın icbari sığortasında yığımlar kəskin səviyyədə azalıb

06.04.2026

"PAŞA Bank" əhaliyə səhm satışına başlayır - 1 səhmin qiyməti

06.04.2026

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

06.04.2026
"Françayzinqdə onlayn ticarət sürətlə artır”

"Françayzinqdə onlayn ticarət sürətlə artır”

06.04.2026

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək

06.04.2026

BŞİH: Bakıda intensiv yağışlar fəsadlar törədib, qurumlar gücləndirilmiş rejimdə işləyir

06.04.2026

Kəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib

06.04.2026

Marşrut avtobusları gecikəcək

06.04.2026

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

06.04.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.04.2026
Nağd pul krediti şərtləri hansında daha sərfəlidir?

Nağd pul krediti şərtləri hansında daha sərfəlidir? - Xalq bank, yoxsa ATB?

06.04.2026

AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir ®

06.04.2026

Dövlət banklarına kredit qoyuluşu 7,9 milyard manata yüksəlib

06.04.2026

“AtaSığorta” 2 milyonluq zərər edib, yığımları kəskin azaldı

06.04.2026

Məzənnə

Yüklənir...