Redaktor
"Hazırlığa getmədən yüksək bal toplamaq qəhrəmanlıq deyil" - Ekspert
Hər il universitetlərə qəbul imtahanlarından sonra maksimum bal toplayan şagirdləri görürük. Onlarla danışdıqda məlum olur ki, bəzi şagirdlər repetitor yanına getmədən, müstəqil hazırlaşaraq bu nəticəni əldə ediblər.
Bu zaman isə valideynlər öz övladlarına deyirlər ki, "görürsən, filan şagird hazırlıqsız nəticə göstərib".
Bəs, hazırlıq kurslarına qatılmadan yüksək bal toplamaq hansı hallarda mümkün olur?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Valyuta.az-a bildirdi ki, repetitorsuz yüksək nəticə göstərən şagirdlərin uğuru cəmiyyətdə bir növ "möcüzə" kimi qarşılanır:
"Bu çoxşaxəli və aktuallığını itirməyən bir məsələdir. Yalnız pedaqoji nöqteyi-nəzərdən bu, sistemli yanaşmanın və düzgün mühitin məntiqi nəticəsidir. İlk növbədə onu anlamalıyıq ki, repetitor yardımı olmadan uğur qazanmaq ilk növbədə şagirdin özünüidarəetmə və "öyrənməyi öyrənmək" bacarığı ilə bağlıdır. Belə şagirdlər informasiyanı haradan tapacaqlarını, vaxtı necə bölüşdürəcəklərini və ən əsası, hansı boşluqları üzərində işləməli olduqlarını müstəqil şəkildə müəyyən edə bilirlər".

Yüksək bal toplayan şagirdlərin İQ səviyyəsində hansı fərqlər müşahidə olunur?
Ekspertin sözlərinə görə, burada söhbət təkcə anadangəlmə yüksək intellekt əmsalından getmir:
"Əlbəttə, bəzi şagirdlərin qavrama sürəti və yaddaş tutumu daha geniş ola bilər, lakin müstəqil uğur qazananlarda biz daha çox "emosional intellekt" və yüksək iradə gücü müşahidə edirik. Yəni yüksək İQ təkbaşına kifayət etmir. Əgər şagird öz intizamını qura bilmirsə, o potensialı nəticəyə çevirmək mümkün olmur. Repetitorsuz hazırlaşan gənclərdə biz adətən daxili motivasiyanın xarici təzyiqdən (müəllim və ya valideyn nəzarətindən) daha güclü olduğunu görürük. Onlar dərsi kimsə tapşırdığı üçün deyil, mövzunu anlamaq istədikləri üçün oxuyurlar və bu yanaşma fərqi onları həmyaşıdlarından bir addım öndə tutur".
Ə.Həsənli bildirdi ki, təmayül siniflərin bu prosesdəki rolu isə danılmazdır. Eyni zamanda, bunun repetitor asılılığını azaltmaq üçün ən fundamental dövlət layihələrindən biri olduğunu nəzərə çatdırır:
"Təmayülləşmə imkan verir ki, şagird bütün fənlərə eyni enerjini sərf edib tükənmək əvəzinə, öz sahəsinə fokuslansın. Bu siniflərdə formalaşan akademik mühit, rəqabət və ixtisaslaşmış müəllim heyəti şagirdin məktəbdə almalı olduğu informasiyanı tam şəkildə mənimsəməsinə şərait yaradır. Əgər bir məktəbdə təmayül sinfi effektiv fəaliyyət göstərirsə, şagirdin kənarda əlavə kömək axtarmasına ehtiyac qalmır".
Təhsil eksperti deyir ki, hər bir uşağın öyrənmə sürəti və psixoloji davamlılığı fərqlidir:
"Valideynlərin burada ən böyük səhvi müqayisə aparmaqdır. Bir uşaq üçün müstəqil mütaliə kifayət edirsə, digərinə mütləq şəkildə kənar bir mentorun və ya müəllimin istiqaməti lazımdır. Bu, uşağın zəif olması deyil, sadəcə fərdi öyrənmə tipidir. Ona görə də biz "Hazırlığa getmədən yüksək bal toplamağ”ı qəhrəmanlıq deyil, təhsilin məqsədyönlü təşkili kimi dəyərləndirməliyik".
Nuranə Mübariz
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
28.04.2026Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI
28.04.2026Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
28.04.2026“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı
28.04.2026Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır
28.04.2026Prezident sel və daşqınlarla bağlı 85 milyon manatdan artıq vəsait ayırdı
28.04.2026