Redaktor
İlon Mask tarixdə ilk trilyonçu oldu - sərvəti 1,1 trilyon dolları ötdü
“SpaceX” şirkətinin tarixdə ən böyük ilkin kütləvi təkliflərdən (IPO) birini həyata keçirməsi İlon Maskın sərvətini rekord səviyyəyə çatdırıb.
Valyuta.az xəbər verir ki, şirkət səhmlərinin birinin qiyməti 135 dollar müəyyən edilib və bu, “SpaceX”in bazar dəyərini təxminən 75 milyard dollar artırıb.
“SpaceX”in açıqladığı məlumatlara görə, Mask şirkətin səhmlərinin təxminən yarısına sahibdir. Onun payının dəyəri IPO qiymətinə əsasən 867 milyard dollar təşkil edir. Maskın “Tesla”dakı payları da nəzərə alındıqda, onun ümumi sərvəti 1,1 trilyon dolları ötür.
Bununla da İlon Mask kağız üzərində dünyanın ilk trilyonçusu statusunu qazanıb. Bununla belə, onun sərvətinin bir hissəsi gələcəkdə əldə edilə biləcək səhmlərdən formalaşır. Həmin səhmlərin verilməsi Marsda insan məskəninin yaradılması və kosmosda məlumat mərkəzlərinin qurulması kimi iddialı hədəflərin reallaşdırılmasından asılıdır.
Bu səhmlər nəzərə alınmasa belə, Maskın sərvəti artıq trilyon dollar həddinə çox yaxınlaşıb. “SpaceX” səhmlərinin qiyməti 140 dollara yüksələcəyi təqdirdə isə o, əlavə şərtlər olmadan da rəsmi olaraq trilyonçu hesab ediləcək.
Hazırda Maskın sərvəti dünyanın növbəti dörd ən varlı şəxsi – “Google”un həmtəsisçiləri Larri Peyc və Sergey Brin, “Amazon”un qurucusu Ceff Bezos və “Oracle”ın təsisçisi Larri Ellisonun ümumi sərvətinə yaxındır.
Qeyd edək ki, “SpaceX” son illərdə süni intellekt layihələrinə böyük sərmayələr yatırıb və 2023-cü ilin əvvəlindən bəri təxminən 13 milyard dollar zərər açıqlayıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı
23.06.2026Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?
23.06.2026Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar
23.06.2026"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
23.06.2026"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
23.06.2026Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?
23.06.2026Prezident onları təltif etdi - Siyahı
23.06.2026“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026