Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

Redaktor

19.05.2026 12:51
49

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır.

Yeniliyi “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə qrup rəhbəri Təbriz Məmmədli şərh edir.

2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır.

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Misal 1: “Farel” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub.

Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq:

2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat;

2026-cı il üzrə: ƏDV-dən azaddır.

Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq.

Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir.

Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Misal 2: “Çupra” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq:

Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat;

ƏDV məbləği – 2.000 x 18% = 360 manat.

Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq:

ƏDV = 12.000 x 18% = 2.160 manat.

©Vergilər.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

"ABB"nin gəlir gətirən vəsaitləri 19 milyon manat azalıb

19.05.2026

Azərbaycanın qonşuları arasında ən sürətli mobil internet hansı ölkədədir?

19.05.2026

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL

19.05.2026

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

19.05.2026

İşçilərə verilən dəyər niyə azalır?

19.05.2026

“Assist Finance"ın dövriyyə itkisi 1,1 milyard manatdan çoxdur

19.05.2026

Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov

19.05.2026

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq- RƏSMİ

19.05.2026

10 min manatdan 32 min manata qədər: 28 Mayda çoxotaqlı ofis qiymətləri - CƏDVƏL

19.05.2026

“Marketinqdə nəticə vaxt aparır” demək kifayət etmir"

19.05.2026

Məzənnə

Yüklənir...