Redaktor
"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir
Süd məhsulları bazarında fəaliyyət göstərən İvanovka Süd Məhsulları MMC iki ayrı rəqib şirkət barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib.
Valyuta.az xəbər verir ki, “İvanovka Süd Məhsulları” MMC-nin müraciəti əsasında Master Milk MMC barəsində aparılan araşdırmalar zamanı süd məhsullarının istehsalı və satışı prosesində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib.
Araşdırma nəticəsində Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinə əməl olunmadığı müəyyənləşdirilib. İşə baxılması yekunlaşıb və şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması, həmçinin gələcəkdə bu cür pozuntulara yol verilməməsi barədə rəsmi göstəriş təqdim olunub.
Eyni zamanda “İvanovka Süd Məhsulları” MMC Atena MMC ilə bağlı da Agentliyə müraciət edib. Aparılan araşdırmalar zamanı süd məhsullarının istehsalı və satışı sahəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edilib.
Bu iş üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci maddəsinin tələblərinin pozulduğu aşkarlanıb. Araşdırma yekunlaşdıqdan sonra “Atena” MMC-yə də yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə analoji pozuntulara yol verilməməsi ilə bağlı müvafiq göstəriş verilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026