Redaktor
Mərkəzi Bankın “LEXUS"-u 87 min manata satışa çıxarıldı
25 fevral tarixində Mərkəzi Bankın balansında olan 21 nəqliyyat vasitəsi 3-cü dəfə təkrar hərraca çıxarılacaq. Bu dəfə avtomobillər 15% endirimlə təqdim olunacaq. Onlardan 19-u Bakı şəhərində, 2-si isə Yevlaxda yerləşir.
Valyuta.az xəbər verir ki, ən yüksək start qiyməti ilə satışa çıxarılan avtomobil 2016-cı il istehsalı “LEXUS LX 570” markalı minik maşınıdır. Onun ilkin satış qiyməti 87 279 manat, beh məbləği isə 8 727 manat təşkil edir.
Digər bahalı nəqliyyat vasitələri sırasında 2013-cü il istehsalı “MERCEDES BENZ S 500” (30 063 manat), “GMC YUKON DENALI” (25 500 manat), “MERCEDES BENZ 414” (26 628 manat) və “MERCEDES BENZ 314 İnkassasiya” (45 900 manat) modelləri də var.
Ən aşağı qiymətlə satışa çıxarılan nəqliyyat vasitəsi isə 1996-cı il istehsalı “VAZ-21213” modelidir. Yevlax şəhərində yerləşən bu avtomobilin start qiyməti cəmi 3 230 manat, beh məbləği isə 323 manatdır.
Hərraca çıxarılan digər avtomobillər arasında “BMW 740 LI”, “HYUNDAI SONATA”, “HONDA ACCORD”, “AUDI A8”, “KIA CERATO”, “HYUNDAI EQUUS”, “HYUNDAI GRANDEUR”, “HYUNDAI VERACRUZ”, “HYUNDAI H1” və digər modellər yer alır. Onların start qiymətləri 8 500 manatdan 18 700 manatadək dəyişir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026