“Müəllimlik qadınlar üçün ən yaxşı peşələrdən biridir” dedilər, o isə İsveçdə IT sahəsini seçdi

Redaktor

25.05.2026 09:35
397

“Müəllimlik qadınlar üçün ən yaxşı peşələrdən biridir” dedilər, o isə İsveçdə IT sahəsini seçdi

Lamiyə Yaqublu son 10 ildir ki, İsveçdə yaşayır və işləyir. Hazırda “Codic Consulting” şirkətində proqram təminatı tərtibatçısı kimi çalışır, eyni zamanda “Jeppesen ForeFlight” şirkətində konsultant kimi fəaliyyət göstərir. Onun vəzifələrinə ekipajın iş planlaşdırılması və uçuş qrafikləri ilə bağlı məhsullar üçün proqram təminatının hazırlanması daxildir.

Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, IT sahəsində karyerasına universitet təhsilini başa vurmağa az qalmış başlayıb. Həmin dövrdə “Ericsson” şirkətinə proqram təminatı tərtibatçısı kimi qoşulub. Təxminən altı il burada çalışıb və bu müddətdə yalnız tərtibatçı kimi deyil, həm də “product owner” rolunda inkişaf etmək imkanı qazanıb.

Telekommunikasiya sahəsində altı il işlədikdən sonra dəyişiklik ehtiyacı hiss edib. Komfort zonasından çıxmaq, bacarıqlarını genişləndirmək və fərqli sahədə özünü sınamaq qərarına gəlib. Beləliklə, “Jeppesen ForeFlight” şirkətində konsultant kimi fəaliyyətə başlayıb və bu mərhələ onun karyerasında yeni istiqamətə çevrilib.

IT peşəsinə necə gəlib?

Lamiyə Yaqublunun IT sahəsinə gedən yolu bir qədər fərqli olub. O, pedaqoji fakültənin “Riyaziyyat və informatika” ixtisasını bitirib və təxminən bir il müəllim işləyib. Lakin sonradan müəllimliyin uzunmüddətli karyera olaraq davam etdirmək istədiyi sahə olmadığını anlayıb.

Onun uzun illər xaricdə magistratura təhsili almaq arzusu olub. Bu istək kompüter elmləri sahəsində təhsilini davam etdirmək qərarı ilə üst-üstə düşüb. Daha sonra İsveçdə yerləşən “Chalmers University of Technology” universitetinə qəbul olub və təqaüd qazanıb. Bu addım onun karyera yolunu tamamilə dəyişərək IT sənayesinə keçidini təmin edib.

Stereotiplər haqqında

Lamiyə Yaqublu üçün əsas çətinliklərdən biri özünü proqram təminatı tərtibatçısı kimi təsəvvür etmək olub. Karyerasını dəyişmək və xaricdə kompüter elmləri üzrə təhsil almaq qərarı verəndə ətrafındakı insanlar ona “Sənin artıq qadın üçün yaxşı işin var”, “Müəllimlik qadınlar üçün ən yaxşı peşələrdən biridir” və “IT çox çətindir” kimi fikirlər səsləndiriblər.

Bu cür yanaşmalar onda uğursuzluq və qınaq qorxusu yaradıb. O, “Biz demişdik” sözlərini eşitməkdən çəkinib. Bununla belə, düşüncə tərzini və karyerasını dəyişməyin qorxulu olsa da, başqalarının onun gələcəyi barədə qərar verməsinin daha qorxulu olduğunu düşünür.

IT sahəsində qadınlar üçün maneələr

Onun fikrincə, bu gün də IT sahəsində qadınların təmsilçiliyi kifayət qədər deyil. Bunun əsas səbəblərindən biri bütün qızların uşaqlıqdan texnologiyalarla tanış ola biləcəyi mühitə çıxışının olmamasıdır. Digər tərəfdən, IT-nin “qadın peşəsi olmadığı” barədə stereotiplər hələ də mövcuddur və bu səbəbdən bir çoxları bu sahəni potensial karyera istiqaməti kimi görmür.

Lamiyə Yaqublu bildirib ki, layihələrindən birində on nəfərlik komandada yeganə qadın olub. Bu vəziyyətin dəyişməsinə töhfə vermək məqsədilə “Kodcentrum” adlı qeyri-kommersiya təşkilatında könüllü fəaliyyət göstərib və uşaqları proqramlaşdırma öyrənməyə həvəsləndirib. O, xüsusilə məktəbli qızları IT sahəsini gələcək peşə kimi seçməyə ruhlandırmağa çalışıb.

Onun sözlərinə görə, İsveçdə işləmək baxımından özünü şanslı hesab edir. Çünki burada bərabər imkanlara və dəstəkləyici iş mühitinə daha çox diqqət yetirilir. İş həyatında açıq stereotiplərlə qarşılaşmasa da, qadınların öz peşəkarlıqlarını daim sübut etməyə məcbur qaldıqları barədə müxtəlif hekayələr eşidib.

O bildirib ki, problemlərdən biri də bəzən qadınlara eyni ixtisasa malik kişilərlə müqayisədə daha az əlverişli şərtlərin təklif olunmasıdır. Bu vəziyyətin qadınların öz bilik və bacarıqlarını daha çox kiçiltməsi ilə bağlı ola biləcəyini düşünür.

Lamiyə Yaqublu qeyd edib ki, öz təcrübəsində buna qarşı şüurlu şəkildə mövqe tutub və bilik və təcrübəsinə uyğun olmayan şərtlərlə razılaşmayıb. Onun sözlərinə görə, bu yanaşma özünəinam qazanmasına və karyerasında irəliləməsinə kömək edib.

Yeni başlayanlar üçün tövsiyələr

Lamiyə Yaqublu IT sahəsinə yeni başlayanlara ilk növbədə özlərinə inanmağı tövsiyə edir. Onun fikrincə, özünə hörmət və özgüvən əsas keyfiyyətlərdir. Stereotiplər hər zaman mövcud olacaq, lakin onlar insanın yolunu müəyyən etməməlidir.

O, həmçinin sıfırdan başlamaqdan qorxmamağı məsləhət görür. Bildirir ki, insan yeni mühitdə yenidən başlayan olsa belə, əvvəlki təcrübə hər zaman faydalı olur.

Bundan əlavə, sual verməkdən və “savadsız görünməkdən” çəkinməməyi vacib hesab edir. Onun sözlərinə görə, hər şeyi bilmək mümkün deyil və suallar, eləcə də geri dönüşlər inkişaf etməyə kömək edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu il 116 minə yaxın şagird məzun olacaq

02.06.2026

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib 

02.06.2026

Naxçıvanda Prezident nümayəndəliyinin statusu yüksəldilir

02.06.2026

Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər

02.06.2026

Mərkəzi Bank yerli banklara kredit qoyuluşunu dayandırıb

02.06.2026

Mərkəzi Bankın mənfəəti artıb, aktivləri isə 1,7 milyard manat azalıb

02.06.2026

“Paysis” elektron pul təşkilatının lisenziyası ləğv edilib

02.06.2026

"MİDA" yeni satınalma tenderi elan edib

02.06.2026

"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər

02.06.2026

Bakı Metropolitenində yeni təyinat olub - FOTO

02.06.2026

Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır

02.06.2026

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026

Məzənnə

Yüklənir...