Redaktor
Tibbi sığorta yığımları azalıb, ödənişlər artıb
2026-cı ilin yanvar-fevral aylarında tibbi sığorta yığımlarında azalma, ödənişlərdə isə artım müşahidə olunub.
Valyuta.az xəbər verir ki, 2026-cı ilin ilk iki ayında bu sığorta növü üzrə 65 milyon 766 min manat yığım həyata keçirilib.
Rəsmi statistikaya əsasən, sığorta yığımları 2 milyon 182 min manat və ya 3,21% azalıb. 2025-ci ilin eyni dövründə isə bu göstərici 67 milyon 948 min manat təşkil edib.
Tibbi sığorta üzrə ödənişlərə gəldikdə, 2026-cı ilin ilk iki ayında ödənişlərin həcmi 13 milyon 879 min manat olub. 2025-ci ilin eyni dövründə isə 11 milyon 486 min manat ödəniş həyata keçirilib.
Beləliklə, ödənişlər 2 milyon 393 min manat və ya 20,83% artıb.
Tənzilə Ağabalayeva