Tövsiyə ilə işə qəbul olunanlar niyə daha az dəstək görür?

Redaktor

04.04.2026 11:24
85

Tövsiyə ilə işə qəbul olunanlar niyə daha az dəstək görür? - Araşdırma

Bəzən kiməsə kömək etmək niyyəti ilə edilən bir addım gözlənilməz nəticələrə gətirib çıxara bilər. Məsələn, işə tanışını tövsiyə etmək kimi. 

Valyuta.az xəbər verir ki, yeni araşdırma göstərir ki, iş yerində dost və ya tanışı vakansiyaya tövsiyə etmək ilk baxışda müsbət addım kimi görünsə də, bu qərar uzunmüddətli perspektivdə həmin şəxsin iş həyatına mənfi təsir göstərə bilər.

Adətən hesab olunur ki, tövsiyə həm şirkət, həm də namizəd üçün faydalıdır: işəgötürən etibarlı əməkdaş qazanır, namizəd isə dəstək gördüyünü hiss edir. Lakin tədqiqat nəticələri bu yanaşmanın hər zaman işləmədiyini ortaya qoyur.

Araşdırma müəllifləri bu vəziyyəti "tövsiyə cəzası" kimi izah edirlər. Belə ki, eyni vaxtda işə qəbul olunan namizədlər arasında tövsiyə ilə gələn şəxslər digər əməkdaşlar tərəfindən daha az layiqli hesab olunur. Onlar haqqında “bu vəzifəni öz bacarığı ilə deyil, tanışlıq hesabına qazanıb” kimi düşüncələr formalaşır.

Bu yanaşma isə iş mühitində konkret nəticələrə gətirib çıxarır. Tövsiyə ilə işə qəbul olunan əməkdaşlar həmkarlarından daha az dəstək görür, komanda daxilində isə onlara qarşı daha məsafəli münasibət formalaşır. Maraqlıdır ki, bu münasibət həmin şəxslər digər namizədlərlə eyni seçim mərhələlərindən keçsə və sonradan yüksək performans göstərsə belə dəyişmir.

Mütəxəssislər bildirir ki, bu davranış müəyyən mənada “ədalət hissi” ilə əlaqələndirilir. Mövcud əməkdaşlar bəzən tövsiyə ilə gələn şəxslərə daha az kömək etməklə guya balans yaratdıqlarını düşünürlər. Halbuki bu, çox zaman sadələşdirilmiş və qərəzli yanaşmadır.

Araşdırma onu da göstərir ki, iş mühitində yayılan qeyri-rəsmi fikirlər və “ofis söhbətləri” bu stereotipləri daha da gücləndirir. “Filankəs yalnız tövsiyə ilə işə götürüldü” kimi yanaşmalar, hətta real faktlara əsaslanmasa belə, kollektiv münasibətlərə təsir edir.

Nəticə etibarilə, tövsiyə sistemi müəyyən üstünlüklər təqdim etsə də, onun yaratdığı gizli təsirlər də nəzərə alınmalıdır. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nəzarətsiz artan virtual maşınlar kibercinayətkarlar üçün yeni qapılar açır

04.04.2026

Bakıda yeni “moll” tikiləcək

04.04.2026

Sabah yağış yağacaq

04.04.2026

Qızılda 18 ildən sonra bir ilk: Eniş davam edəcək?

04.04.2026

ABŞ Hörmüz boğazı ilə bağlı riskləri azaltmaq üçün sığorta mexanizmini genişləndirir

04.04.2026

Tövsiyə ilə işə qəbul olunanlar niyə daha az dəstək görür? - Araşdırma

04.04.2026

Tibbi sığorta yığımları azalıb, ödənişlər artıb

04.04.2026

Vurulmuş döyüş sursatının qalıqları "Oracle" şirkətinin binasına ziyan vurub

04.04.2026

Müəllimlərin məzuniyyət pulu necə hesablanır? - DETALLAR

04.04.2026

Passiv gəlir yeri yaratmaq istəyənlər üçün 5 faydalı kitab - SƏHƏR OXUSU

04.04.2026

Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - VİDEO

03.04.2026

Firuzə Cəlilovaya vəzifə verildi

03.04.2026

Ağ Ev "NASA"nın büdcəsini azaltmağı təklif edir

03.04.2026

Sinqapur dünyanın "seyfi" olmaq istəyir: Ölkə qızıl üçün yeni anbarlar hazırlayır

03.04.2026

Onların ailələrinə Prezident təqaüdü təyin edildi

03.04.2026

"Tesla"nın gələcəyi avtomobil deyil? - Rəqəmlər bunun əksini deyir

03.04.2026

Ayda Yer üçün həyati əhəmiyyətli bir resurs var - Onun dəyəri trilyonlarla ola bilər

03.04.2026

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib ®

03.04.2026

ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər

03.04.2026

Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb

03.04.2026

Məzənnə

Yüklənir...