ABŞ Hörmüz boğazı ilə bağlı riskləri azaltmaq üçün sığorta mexanizmini genişləndirir

Redaktor

04.04.2026 12:07
85

ABŞ Hörmüz boğazı ilə bağlı riskləri azaltmaq üçün sığorta mexanizmini genişləndirir

Amerika Birləşmiş Ştatları Hörmüz boğazından keçən gəmilər üçün təkrar sığorta təminatı üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə artırmaq qərarı verib. Belə ki, ötən ay 20 milyard dollar səviyyəsində olan zəmanət limiti hazırda 40 milyard dollara qədər yüksəldilir.

Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, burada sığorta şirkətlərinin üzərlərinə götürdükləri risklərin bir hissəsini digər sığortaçılarla bölüşməsi nəzərdə tutulur. ABŞ bu prosesə həmçinin American International Group və Berkshire Hathaway kimi iri maliyyə qurumlarını da cəlb etməyi planlaşdırır.

Agentlik qeyd edir ki, bu addım strateji əhəmiyyətə malik dəniz marşrutu üzrə yaranmış riskləri azaltmaq və yükdaşımaların bərpasını sürətləndirmək məqsədi daşıyır. Xüsusilə, Hörmüz boğazından keçən gəmilərə olan etimadın yenidən formalaşdırılması ABŞ üçün prioritet istiqamətlərdən biri hesab olunur. Bununla belə, təqdim edilən maliyyə təminatları gəmi heyətinin təhlükəsizliyini təmin edən hərbi müşayiət xidmətlərini əhatə etmir.

Qeyd edək ki, regionda gərginlik son dövrlərdə daha da artıb. Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İsrail Müdafiə Qüvvələri tərəfindən İrana qarşı qabaqlayıcı zərbələr endirildiyini açıqlayıb. Ardınca ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da bu əməliyyatlarda iştirak etdiyini bəyan edib.

Buna cavab olaraq İran İsrail istiqamətinə çoxsaylı ballistik raketlər buraxıb. Hücumlar İsrail Müdafiə Qüvvələri tərəfindən təsdiqlənib, ölkə ərazisində hava həyəcan siqnalları verilib və müdafiə sistemləri aktivləşdirilib.

Martın 1-də isə İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı həlak olması ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi bəzi qonşu ölkələrə raket zərbələri endirib. Bu səbəbdən bir sıra ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.

Baş verən hadisələr fonunda Hörmüz boğazından keçən gəmilərin hərəkətində ciddi çətinliklər yaranıb və qlobal yükdaşımalar üçün risklər artıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nəzarətsiz artan virtual maşınlar kibercinayətkarlar üçün yeni qapılar açır

04.04.2026

Bakıda yeni “moll” tikiləcək

04.04.2026

Sabah yağış yağacaq

04.04.2026

Qızılda 18 ildən sonra bir ilk: Eniş davam edəcək?

04.04.2026

ABŞ Hörmüz boğazı ilə bağlı riskləri azaltmaq üçün sığorta mexanizmini genişləndirir

04.04.2026

Tövsiyə ilə işə qəbul olunanlar niyə daha az dəstək görür? - Araşdırma

04.04.2026

Tibbi sığorta yığımları azalıb, ödənişlər artıb

04.04.2026

Vurulmuş döyüş sursatının qalıqları "Oracle" şirkətinin binasına ziyan vurub

04.04.2026

Müəllimlərin məzuniyyət pulu necə hesablanır? - DETALLAR

04.04.2026

Passiv gəlir yeri yaratmaq istəyənlər üçün 5 faydalı kitab - SƏHƏR OXUSU

04.04.2026

Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - VİDEO

03.04.2026

Firuzə Cəlilovaya vəzifə verildi

03.04.2026

Ağ Ev "NASA"nın büdcəsini azaltmağı təklif edir

03.04.2026

Sinqapur dünyanın "seyfi" olmaq istəyir: Ölkə qızıl üçün yeni anbarlar hazırlayır

03.04.2026

Onların ailələrinə Prezident təqaüdü təyin edildi

03.04.2026

"Tesla"nın gələcəyi avtomobil deyil? - Rəqəmlər bunun əksini deyir

03.04.2026

Ayda Yer üçün həyati əhəmiyyətli bir resurs var - Onun dəyəri trilyonlarla ola bilər

03.04.2026

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib ®

03.04.2026

ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər

03.04.2026

Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb

03.04.2026

Məzənnə

Yüklənir...