İnsanlar iş yerini dəyişməkdən niyə qorxur? – Səbəblər
08.02.2024 13:53
1,831

İnsanlar iş yerini dəyişməkdən niyə qorxur? – Səbəblər

Kama Ahmad

Kouç

İş dəyişmək bir çox insan üçün stressli prosesdir. Bəzi şəxslər iş dəyişməklə bağlı xüsusi narahatlıq yaşayır və narazlıqları olsa belə hələ də 8-10 il öncəki işdə işləyirlər. Bu cür insanların peşəkar həyatında çətinliklər yaşanır.

“Çoxdan tərk etməli olduğumuz işi tərk etmədikdə bizim üçün inkişaf prosesi dayanır”. 

İşini tərk etmək istəyən, lakin bu və ya digər səbəbdən bunu edə bilməyən insanlar böyüməkdən və inkişafdan qalır, onlar illərlə olduqları yerdə sayır və irəliləmirlər. Eyni iş, eyni tapşırıqlar, eyni simalar, eyni əmək haqqı, eyni narazılıq və s.

Yaxşı, bu insanlar nədən narahatdırlar? Onları yeni iş tapmaqdan saxlayan nədir?

İlk olaraq qeyd edim ki, işimiz həyatımızın hər sferasına təsir edən mühüm faktor olduğundan onu dəyişmək qorxusu normal hissdir. İş dəyişikliyi zamanı insanın iş həyatının müəyyənliyi, təhlükəsizliyi və öncədən proqnozlaşdırılması anlayışı təhdid olunur. O yeni yerin necə olacağı barədə anlayışsızdır, yeni işdə onu nə gözlədiyini bilmir.  Normal olmayan bu hissin bizi tamamilə inkişafdan saxlamasına və karyeramızı iflic vəziyyətinə gətirməsinə icazə verməməliyik. 

İnsanları iş dəyişikliyi etməkdən saxlayan bəzi səbəbləri nəzərdən keçirək:

Qeyri-müəyyənlik, risk almaq və dəyişiklik qoruxusu 

İnsan narazı olsa belə, pis-yaxşı, öyrəşdiyi, bildiyi sistemi buraxıb yeniyə, tamamilə bilinməzə addımlamaqdan çəkinir. Qeyri-müəyyənlik və dəyişiklik insan beyni üçün şokdur. İnsan komfort zonasından çıxmaqdan qorxur: hazırkı iş yeri artıq onun komfort zonasıdır və o komfortu qeyri-məluma dəyişmək istəmir. İnsan mövcud işini tərk edərsə, tez zamanda yeni iş tapa bilməməkdən, işsiz və pulsuz qalmaqdan qorxur və riskə getmir. Robert T. Kiyosaki deyir: "İnsanın edə biləcəyi ən böyük risk heç bir şey etməməkdir"

Aşağı özgüvən və səriştəsizlik

İnsan öz kvalifikasiya, təcrübə və biliyinə kifayət qədər güvənmir və ya o yeni iş üçün kifayət qədər səriştəsi olmadığını anlayır.

"Elit əməkdaş" proqramının qurucusu Anders Eriksona görə insanların çox hissəsinin işə qəbuldan sonrakı öyrənmə prosesi yalnız iş həyatının 1-ci ilini əhatə edir. İşçilərin çoxunun əsas hədəfi öz vəzifə öhdəliklərini işdən qovulmayacaq dərəcədə yaxşı öyrənmək olur. İşçilərin öyrənmə prosesi bununla da sona çatır və 10 ildən sonra onların məhsuldarlığı və iş keyfiyyəti eyni səviyyədə qalır. Erikson deyir ki, bu təbəqəyə işçilərin 80%-i aiddir. 

Uğursuzluq qorxusu

“Birdən bacarmaram” və ya “səhv seçim edərəm” düşüncələri və qorxuları insanı hərəkətdən saxlayır və o, ümumiyyətlə, seçim etməməyi seçir. 

Adaptasiya problemləri

İnsan başqa iş mühitinə - yeni ofisə, yeni kollektivə adaptasiya edə bilməyəcəyinə görə narahatlıq keçirir. 

Səbəblərə nəzərdən keçirdikdən sonra bu maneələri aşma yollarına baxaq:

Dəyişikliyə açıq olun və qeyri-müəyyənliyi rahat qarşılayın. Həyatın dəyişkən və qeyri müəyyən olduğunu qəbullanın. Bu sizi qorxu və təşvişdən azad edəcək.

Özünəşəfqəti tətbiq edin. Qorxularınızla mübarizə aparmaqdansa, onları qəbul etməyi və onlara görə özünüzü bağışlamağı öyrənin. Daha uğurlu gələcəyiniz üçün qorxularınıza rəğmən hərəkətə keçməyi seçin.

Peşəkar özgüvəninizi yüksəldin, ixtisasartırma kurslarından, ən son peşəkar təkmilləşdirmə kurslarından keçin. Qorxularınızı stimulunuza çevirin. Qorxu tək sizi inkişafdan saxlayan maneə deyil, həm də davamlı inkişafınıza təkan ola bilər. 

Özünüzə inamı yüksəldin. Bill Qeytsə görə uğur üçün şərt olan 2 amil var: özünə inam və yüksək motivasiya.

Yenilikləri sınamağı və risk almağı öyrənin. Potensialınızı üzə çıxarmaq üçün sınaqlara və riskə açıq olun.

Stabillik axtaran, daim riskdən qaçan insanlar həmişə iş həyatında uduzurlar. Onlar sevmədikləri işdə, həqiqi potensiallarını tam kəşf etmədən sıxıcı ömür sürürlər.

Həyatın istənilən sferasında müsbət dəyişiklik və inkişaf qeyri-müəyyənlik və risklə müşayiət olunur. Nəticə isə yalnız inkişaf olmur. Siz risk aldığınız və sınadığınız üçün özünəhörmət hissiniz yüksəlir, həm yüksəlmiş özgüvənə, həm də xoşbəxt və mənalı həyata sahib olursunuz.

İnsanlar iş yerini dəyişməkdən niyə qorxur? – Səbəblər

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Məzənnə

Yüklənir...