Redaktor
Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL
Bu ilin aprel ayında milli valyutada əmanətlərin regionlar üzrə bölgüsü açıqlanıb. İqtisadi regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib.
Valyuta.az xəbər verir ki, cəmi (ümumi portfel) üzrə ən yüksək göstərici Bakı iqtisadi regionunda qeydə alınıb.
Bu regionda milli valyutada yerləşdirilən əmanətlərin həcmi 10 milyard 456 milyon 880 min manat təşkil edib. Bu region üzrə orta faiz dərəcəsi 6,56% olub.
Abşeron-Xızı iqtisadi regionu 575 milyon 233 min manat göstərici ilə ikinci sırada qərarlaşıb. Bu region üzrə orta faiz dərəcəsi 8,02%-ə bərabər olub.
Aşağıdakı cədvəldə regionlar üzrə əmanətlərin məbləği və orta faiz dərəcəsi qeyd edilib:

Tənzilə Ağabalayeva