Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

Redaktor

30.05.2026 20:20
93

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

CNN jurnalistləri "Apple" şirkətinin bütün mövcud "iPhone" seriyasını sınaqdan keçirərək müxtəlif istifadə ssenariləri üçün ən yaxşı modelləri müəyyən ediblər. Nəticələrə əsasən, 2026-cı ilin yazı üçün ən optimal seçim standart "iPhone 17" modeli olub.

Valyuta.az xəbər verir ki, ekspertlərin fikrincə, "Apple" “adi” "iPhone" ilə Pro modellər arasındakı fərqi xeyli azaldıb. "iPhone 17" 120 herslik ProMotion ekran, güclü A19 prosessoru, yaxşılaşdırılmış batareya ömrü və əvvəllər yalnız bahalı modellərə məxsus olan kamera funksiyaları ilə təchiz edilib. Üstəlik, cihaz Pro versiyadan 200 dollar ucuzdur.

Mütəxəssislər bildiriblər ki, "iPhone 17" "iPhone 15" və daha köhnə modellərdən istifadə edənlər üçün açıq-aşkar yenilənmədir. Hətta "iPhone 16" sahibləri üçün də bir sıra nəzərəçarpacaq təkmilləşdirmələr təqdim edir.

"iPhone 17 Pro" isə “mobil fotoqrafiya üçün ən yaxşı "iPhone” kimi qiymətləndirilib. Bu model daha inkişaf etmiş kamera sistemi və peşəkar çəkiliş imkanları təklif edir. "iPhone 17 Pro Max" isə ən yüksək batareya ömrü ilə fərqlənərək seriyanın “ən dözümlü” cihazı adlandırılıb.

Daha ucuz seçim axtaranlar üçün "iPhone 17e" modeli tövsiyə olunur. Bu versiyada əvvəlki nəsildəki əsas çatışmazlıqlar aradan qaldırılıb, MagSafe dəstəyi əlavə edilib və baza yaddaş 256 GB-a qədər artırılıb, lakin başlanğıc qiymət 599 dollar olaraq saxlanılıb.

Oxşar nəticələr digər texnologiya nəşrləri tərəfindən də dəstəklənir. “Tom’s Guide” və “Engadget” də "iPhone 17"ni qiymət-performans baxımından ən yaxşı seçim, "iPhone 17 Pro Max"ı isə kamera və batareya baxımından ən güclü model kimi qiymətləndiriblər.

Qeyd olunur ki, "Apple" yaxın günlərdə "iPhone 17" seriyasının indiyədək ən populyar "iPhone xətti" olduğunu açıqlayıb. Yüksək tələb şirkətə satış həcminə görə "Samsung"u geridə qoymağa da kömək edib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...