IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

Redaktor

29.05.2026 18:43
69

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankına (AMB) xaricdən gətirilən ərzaq məhsullarının bahalaşmasından yaranan inflyasiya təzyiqinin güclənməsi davam etdiyi halda, uçot dərəcəsinin artırılması imkanını nəzərdən keçirməyi tövsiyə edir.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, hazırkı uçot dərəcəsinin indiki səviyyədə qorunub saxlanması daxili tələbin gözlənilən normallaşma prosesi və proqnoz müddəti ərzində buraxılış fərqinin daralması ilə üst-üstə düşür.

"2026-cı ildə ümumi inflyasiyanın proqnozlaşdırılan yüksəlişi başlıca olaraq ərzaq qiymətlərinə təsir edən xarici amillərlə əlaqədardır, bununla yanaşı 2027-ci ilin sonunadək qiymət artım templərinin hədəf dəhlizinin orta həddinə yaxınlaşacağı gözlənilir. Bununla belə, artan xarici qeyri-müəyyənliyi, neytral dərəcənin hesablanmasındakı qeyri-dəqiqlikləri (IMF ekspertləri onu təxminən 2.25% səviyyəsində qiymətləndirir ki, bu da cari real uçot dərəcəsini müəyyən qədər üstələyir), eləcə də monetar siyasətin transmissiya mexanizminin hələlik tam formalaşmadığını nəzərə alaraq, AMB gözlənilməz inflyasiya sıçrayışlarına qətiyyətli cavab verməyə hazır olmalıdır. Xüsusən, Yaxın Şərq münaqişəsi fonunda qlobal xammal qiymətlərinin ciddi bahalaşması inflyasiyanın AMB-nin hədəf diapazonunu əhəmiyyətli dərəcədə aşmasına gətirib çıxara bilər", - fondun analitikləri qeyd ediblər.

Qeyd edək ki, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 6 %, 2027-ci ildə 4.2%, 2028-ci ildə 4.1% səviyyəsində gözləyir, 2029-2031-ci illər ərzində isə göstərici ildə 4% səviyyəsində qalacaq.

Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2.2%-lə müqayisədə 5.6%-ə çatıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4.8%, 2027-ci ildə isə 4.5% təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5.5%, 2027-ci ildə isə 4% səviyyəsində gözlənilir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...