Anar Bayramov
"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant
Arada elə bilirəm ki, biznes icması üçün davamlı olaraq süni mövzular istehsal olunur. “Z” nəsli söhbətinin çox şişirdilməsi də bu qəbildəndir.
Sosial elm adamlarının bu nəsil bölgüsü (“Baby boomers”, “X”, “Millenials”, “Z”, “Alfa” və s.) ilə işim yoxdur. Söhbət “Z” nəsli söhbətinin biznes idarəçiliyində çox şişirdilməsindən gedir.
Mən belə düşünürəm ki, sadəcə trendlər dəyişir. Texnologiyanın inkişafı, sosial inkişaf və s. yeni mühit yaradır və bu mühitdə böyüyən nəslin yanaşması fərqli olur. Bu, çox normaldır.
Bəs fərqli yanaşma dediyimiz nədir? (Bəzilərini qeyd edirəm)
1. Komfort axtarırlarmış. Niyə axtarmasınlar ki? Bu nəsil həyatlarının tamamını digital dövrdə yaşayıblar. Çox normaldır ki, digital alətlərin köməyi ilə işlərini (həm də şirkətin işini) asanlaşdırmağa meyllidirlər.
2. Sorğulayırlarmış. Kritik yanaşırlar hər şeyə. Mən düşünürəm ki, bunun əksi anormaldır. “İşçisən, otur işçi yerində” yanaşmasını qəbul etmirlər. Çox normaldır. Biz rəhbərlərə bir daha xatırladırlar ki, ilk növbədə bizə insan kimi yanaşın. İşçi olmamışdan qabaq insanıq.
3. Sərbəstliyə can atırlarmış. Çox normaldır. Niyə belə olmasın ki? Başa düşürəm, çətindir idarə etmək. Bu halda daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur.
Ən doğrusu budur, amma mən şəxsən hər zaman tərəfdarı olmuşam ki, işçilər rahat (sərbəst) buraxılsın, sadəcə tələbkarlıq artsın. Bu halda biz tələbkarlığı da daha çox haqq edirik. Çünki münasibətləri nəticə yönümlü qururuq mikromenecment tətbiq etmirik, işə gecikəndə gününü qara etmirik, mənasız qadağalar tətbiq etmirik, maraqlarına və şəxsi həyatına hörmət qoyuruq və s.
4. Çox loyal deyillərmiş. Loyal olmaq heç kimin borcu deyil. Elə iş yeri yarat ki, yaxşı kadrlar sənin şirkətində işləməyə can atsınlar. Loyallığa fokuslanmağı ümumiyyətlə, heç vaxt qəbul etməmişəm. Elə mühit yaratmaq lazımdır ki, işçilər işlədikləri müddətdə bağlı olsunlar şirkətə, can yandırsınlar, işin haqqını versinlər.
Nəticə olaraq onu qeyd etmək istəyirəm ki, “Z” nəsli heç də qorxulu deyil. Sadəcə daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur. “Z” nəslini mən çox sevirəm. Onlar praqmatik, məntiqi yanaşan, müasir, insana (yalnız rəhbərə deyil) hörməti önə çıxaran nəsildir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026