İstedadlı insan zəhmətkeş deyilsə… - Uğurumuza təsir edən 3 əsas komponent
Kama Ahmad
Kouç
Doğru dəyərlər üzərində qurulan karyera gec-tez uğurlu olmağa məhkumdur. Karyera uğurumuz bizim şəxsi və peşəkar dəyərlər sistemimizdən və bir sıra digər komponentlərdən birbaşa asılıdır.
Bu siyahıya mühiti, peşəkarlığı, münasibətləri, dəyərləndirmə və minnətdarlıq mədəniyyətini, risk və cəsarəti, marağı (curiousity), qayğıkeşliyi və s. daxil edə bilərik. Bu yazıda karyera uğurumuzun 3 "olmazsa olmaz" tərkib komponentindən - peşəkar inkişaf, istedad və zəhmətsevərlikdən danışacağam.
Peşəkar inkişaf
Peşəkar inkişaf karyera yoluna başlamış istənilən peşə sahibinin seçdiyi sahədə uğurlu olması üçün dəyərə çevirməsi gərəkən mühüm komponentdir.
"Elit əməkdaş" proqramının qurucusu Anders Eriksona görə insanların çox hissəsinin işə qəbuldan sonrakı öyrənmə prosesi yalnız iş həyatının 1- ci ilini əhatə edir. İşçilərin çoxunun əsas məqsədi öz vəzifə öhdəliklərini işdən qovulmayacaq dərəcədə yaxşı öyrənmək olur.
İşçilərin öyrənmə prosesi bununla da sona çatır və 10 ildən sonra onların məhsuldarlığı və iş keyfiyyəti eyni səviyyədə qalır. Erikson deyir ki, bu təbəqəyə işçilərin 80%-i aiddir.
Bu rəqəmlər həqiqətən qorxuducudur: sən demə bizlər işə düzəldikdən sonra öyrənməyi tərgidirik…
Davamlı peşəkar inkişafı dəyər səviyyəsinə yüksəltmiş istənilən mütəxəssis isə özünü sahəsində ən yaxşı mütəxəssislərdən biri kimi yetişdirə bilər.
Peşəkar inkişaf hər gün daha da güclənən əmək bazarında seçilmək, güclü rəqabətə dözə bilmək və səs-küy içində tələb görən mütəxəssisə çevrilməyin yeganə yoludur. Bu bəlkə də, əmək bazarında sağ qalmağın əsas yoludur.
Lakin burada da kor-koranəlikdən, pərakəndəlikdən və vizyonsuzluqdan özümüzü qorumalıyıq. Növbəti təlimi keçmək xətrinə təlim keçmək və ya sertifikat siyahılarımızı uzatmaq xətrinə əslində bizə lazımsız sertifikasiyalara getmək kimi bir yanlışa düşə bilərik.
Lazımlılığı təyin etmək ümumi karyera vizyonumuz olacaq.
Ümumiyyətlə, bizim müəxəssis kimi peşəkar inkişafımızla bağlı atdığımız addımlar karyeramızla bağlı ümumi vizyonumuza xidmət etməlidir. Peşəkar inkişaf yoluna girməzdən öncə və sonrasında özümüzə aşağıdakı sualları verə bilərik:
25 il sonra özümüzü hansı işdə-mövqedə görürük?
Hansı sahəyə uyğun təbii istedadlarımız və bacarıqlarımız var? Bu bacarıq və istedadları ən yaxşı şəkildə üzə çıxarmağa hansı peşəkar proqramlar kömək edəcək?
Vizyonumuzda olmağı hədəflədiyimiz peşəkara çevrilməyimiz üçün nələri öyrənməliyik?
Bu bilik və bacarıqları bizə ən yüksək səviyyədə hansı qurum (ekspert) öyrədə bilər?
Burada da bir az seçicilik, araşdırmaçılıq və doğru planlama çox önəmlidir. Sonsuz sayda təlimlərə getmək deyil də, ən yaxşılarını araşdırıb seçməliyik. “Self study”nin (özünütəhsilin) gücünü ağlımızda saxlamalıyıq. Gündəlik 30 dəqiqəlik sahəmizlə bağlı mütaliəmiz belə peşəkar inkişaf hədəf və dəyərimizə xidmət edir.
İnsan ölənə kimi dəyişən və böyüyən varlıqdır: həm zehin, həm ruhi səviyyədə böyümək üçün bizlər ömürlük öyrənənlərə çevrilməliyik.
İstedad
Ümumiyyətlə, iş həyatımızda heç bir təlimlə qazanıla bilinməyən, sertifikatlarla təsdiq olunmayan bir komponent var ki, o da istedaddır.
İnanıram ki, hər bir insan istedadlı doğulur. İntellektual bacarıqlarını inkişaf etdirə bilməmiş, bu və ya digər səbəbdən təhsil ala bilməmiş insanların araşdırıb əllərinin qızıl olduğunu, təmir işlərində və ya texniki işlərdə çox istedadlı olduğunu aşkar edə bilərik. Bəzən bu insanların bu bacarıqları heç yerdə öyrənmədiklərini bilib təəccüblənməmək əldə deyil.
İstedad məişət istedadları və sosial istedadlar olaraq iki yerə bölünür. Məişət istedadları insanların gündəlik həyatında və ya ailə və yaxınları çərçivəsində reallaşdırdıqları istedadlarıdır. Məsələn, bir xanım çox ləzzətli şirniyyatlar bişirir və bunu yalnız ailəsi üçün edir. Bu məişət istedadının nümunəsidir.
Lakin, həmin xanım kiçik bir dükan açdıqda artıq o istedadını sosial istedad adlandıra bilər. Çünki xanım istedadı ilə daha çox insana xidmət edir və istedadını daha geniş miqyasda reallaşdırır.
Əgər seçdiyiniz sahədə həqiqətən istedadlısınızsa, təbii istedad və bacarıqlarınıza uyğun seçilmiş işdəsinizsə, Siz seçiləcəksiniz.
İstedadınızı xidmət şəklinə çevirə və xidmət zehniyyətini yarada bilsəniz, siz cəmiyyət üçün faydalı və lazımlı insana çevriləcəksiniz. İşinizə tək iş kimi deyil, burda olma səbəbiniz-missiyanız kimi baxsanız, işiniz yalnız iş olmaqdan çıxacaq və həyatınızın mühüm tərkib hissəsinə çevriləcək.
Karyeramızda qalıcı və uğurlu ola bilmək üçün işimizi istedadlarımız əsasında seçməyimiz şərtdir. İş də evliliyə bənzəyir: məntiq əsasında qurulanlar çox yürüməz, yürüsə belə böyük zövq bəxş etməz.
Zəhmətsevərlik
Tək istedadla da iş bitmir: istedadımızı görüb o sahəyə getməyimiz gözəldir, lakin bunu etsək belə, digər mühüm komponent olan zəhmətsevərlik və karyeramızda onun əhəmiyyəti ortaya çıxır.
İstedadlı insan zəhmətkeş deyilsə, o ona bəxş olunmuş istedadın ardınca getməyəcək, getsə belə yarım qoyacaq və onu tam olaraq reallaşdırmayacaq. Zəhmətkeşlik yoxdursa, bu istedadların mövcudluğundan insan "Həyat mənə gözəl” deyib rahatlaşıb oturursa, onları davamlı püxtələşdirməklə və ən əsası praktik tətbiqlə məşğul olmursa, irəlidə olması mümkünsüzdür.
Kevin Durant necə demişdi?
Zəhmət istedadı üstələyir!
Daim öyrənməyimiz, istedadllarımızı reallaşdırmağımız və zəhməti sevməyimiz diləyilə…
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026