Duyğularımızın xərclərimizə təsiri
21.08.2024 12:20
1,160

Duyğularımızın xərclərimizə təsiri

Ruzanna Bəşirova
  Xərclər üzrə konsultant 

İnsan sosial və duyğusal varlıqdır. Sosial proseslər duyğularımıza, duyğularımız da sosial proseslərə təsir edir. Məsələn, isti hava hamımıza təsir edir. Sadəcə bu, hər kəsdə özünü fərqli formada göstərir. Bizə təsir edən kənar amillərə fərqli formalarda münasibət bildiririk. Bildirdiyimiz bu münasibətlərin bəziləri bizi xərcə salır. 

“Hava istidir” deyib kondisionerin dərəcəsini çoxaldırıq, bədənimizin tələbatından artıq maye qəbul edirik, sərinləmək üçün normadan çox dondurma yeyirik və s. Ac olduğumuz zaman girdiyimiz marketdən heç almayacağımız, porsiyamızdan daha çox qidaları alırıq.

Əsəbi və ya stresli olduğumuz zaman qarşısından keçdiyimiz dükan və ticarət mərkəzlərinə daxil olaraq gözümüz-könlümüzə xoş gələr əşyaları alaraq stres atdığımızı düşünürük. 

Çevrəmizdəki insanların, rəfiqələrimizin bizə olan münasibətinə görə özümüzü hansısa paltarları almaqda, görünüşümüzdə dəyişiklik etməkdə, haralarasa getməkdə özümüzdə bir məcburiyyət hiss edirik.

Bu davranışların formalaşmasına səbəb məhz bizim duyğularımız və hissslərimizdir. Duyğularımız bizim qərarlarımıza birbaşa təsir edir. Lakin bütün bu proseslər problemi həll etmək əvəzinə sadəcə onun üstünü pərdələyir. Həmin an duyğusal olaraq verdiyimiz bu qərarlar zamanla bizə müxtəlif problemlər və xərclər olaraq qayıdır.

Çöldəki istini heç bir şəkildə hiss etməmək üçün dərəcəsini çoxaldıb otağımızı soyutmaqda bizə kömək edən kondisioner həm də bizə çölə çıxdığımız zaman arada yaranan kəskin temperatur fərqindən dolayı xəstə edə bilir.

Rəfiqələrimizlə uyğunlaşmaq üçün aldığımız büdcəmizi aşan geyim və aksesuarlar, onlarla getdiyimiz kafe və restoranlarda ödədiyimiz hesablar həmin an üçün sırf duyğularımızla verdiyimiz qərarlar olduğu üçün sonradan həyatımızda bir çətinlik, bəzən narahatlıqlar da yaradır.

Buna görə də duyğusal anlarda, sevincli, kədərli, üzgün, ac, xoşbəxt olduğumuz zaman qərar verməkdən çəkinməli, sakitləşdikdən sonra qərar qəbul etməyə çalışmalıylıq.

Qərar qəbul edən zaman bu qərarın bizə olan faydasını artırmaq üçün 5 niyə metodunu tətbiq etmək və bununla da əlavə xərclərdən azad olmaq olar. 5 niyə metodu belədir:

İlk olaraq etmək istədiyin prosesə “mən niyə bunu etmək istəyirəm” sualı verirsən. Daha sonra alınan cavaba təkrar niyə sualı verirsən, bu proses 4 dəfə təkrarlanır və 5-cidə aldığın cavab prosesin əsl səbəbini izah edir.

Duyğularımızı bizə əlavə xərc gətirmək əvəzinə həyatımızı gözəlləşdirmək üçün istifadə etmək daha yaxşı olar elə deyil?

Duyğularımızın xərclərimizə təsiri

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...