Yalnız bir halda avans almaq olar
06.05.2025 13:36
946

Yalnız bir halda avans almaq olar

Ruzanna Bəşirova
        Xərclər üzrə konsultant

Gəlirin az olduğu və ya maaş tez bitdiyini səbəb göstərərək insanların çalışdığı yerdə tez-tez rəhbərliyə avans üçün müraciət etdiyinin şahidi oluruq. Bəzən bu müraciətə müsbət cavab alsalar da, davamlı avans istəyənlər bir müddət sonra rədd cavabı alırlar. Bu zaman avans ala bilməyənlər gəlirinin azlığından şikayət edirlər, ona görə məcbur qalıb avans istədiklərini deyirlər. Əslində isə, avans almaq hər zaman problemin həlli və ya çıxış yolu deyil.

Büdcə planlaması düzgün aparıldığı zaman mütəmadi olaraq avans almağa ehtiyac qalmır. Əlbəttə, fors major hallar istisna olmaqla.

Bəzən bizim iradəmizdən asılı olmayan hallardan dolayı avans istəsək də, bəzən bu hal büdcə planlamasının olmamasından və ya duyğusal xərcləmələrdən  qaynaqlanır.

Avans almağa üstünlük verdiyimiz əsas situasiya insanın əlinə hansısa gözlənilməz, planda olmayan fürsət düşdüyü zamandır.

Bəzən bizim planlı bir maliyyə idarəçiliyimiz olsa da, qarşımıza elə fürsət çıxa bilər ki, o an onudəyərləndirmək bizə həm həmin an, həm də gələcək üçün qazanclı yollar aça bilər. Bu zaman avans istəmək və almaq həqiqətən də təqdirəlayiqdir. Digər hallarda isə avans almaq xərcləyə bilməməkdən irəli gələn bir zərurətdən başqa bir şey deyildir.

Hər hansısa bir fürsəti dəyərləndirmək istisna olmaqla,qalan digər hallarda avans kömək etməkdən daha çox insanın sadəcə özünü aldatmasından başqa bir şey deyil.

Düzgün büdcə planlaması ilə avans almadan da işlərimizi qaydasına sala bilərik. Unutmayaq ki, avans bizim əlavə gəlirimiz deyil, aylıq gəlirimizin bir hissəsidir.

Avans insanın özünün özündən borc almasıdır. Bu borc yeganə borcdur ki, qaytarılmaya bilmir. Gəlin özümüzü aldatmayaq, büdcəmizi düzgün planlayaraq yalnız fürsətləri dəyərləndirmək üçün avansa ehtiyac duyaq. Hətta yaxşı bir büdcə planlaması ilə avansı belə fond olaraq özümüz yarada bilərik.

Yalnız bir halda avans almaq olar

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...