500 manatla corab brendi qurdu - 15 manata satır

Redaktor

11.03.2026 11:30
1,972

500 manatla corab brendi qurdu - 15 manata satır

Ölkəmizdə bir çox insan gənc yaşlarından kiçik biznesə başlayıb. Kimisi bunu artıq brendə çevirib, kimisi isə yeni addımlar atır. Sevindirici haldır ki, onlara dəstək olan müxtəlif sərgilər var. 

Bakıda 28 fevral-1 mart tarixlərində “Woman Bazaar” sərgisi keçirilib. Sərgidə paytaxtdan və regionlardan olan qadın sahibkarlar öz məhsullarını nümayiş etdirib və satışa çıxarıblar. Tədbirin əsas məqsədi qadın sahibkarlığını təşviq etmək və onların hazırladıqları məhsulları daha geniş auditoriyaya təqdim etməkdir.

Sərgidə iştirak edənlər arasında "LEPİR.CORAB" brendinin sahibəsi Lalə Tağıyeva da var idi.

Valyuta.az-a danışan Lalə Tağıyeva bildirdi ki, ailəsində ilk sahibkar odur: “1990-cı ildə Beyləqan rayonunda çox uşaqlı ailədə dünyaya göz açmışam. Amma əslən Cəbrayıllıyam.5 yaşımda ailəmlə birlikdə Bakıya köçdük və 1-ci sinifi Bakıda 5 nömrəli tam orta məktəbdə oxudum. Daha sonra Tatarıstana köçdük (Kazan şəhəri) və təhsilimi orada 21 nömrəli liseydə davam etdirdim. Məndən böyük 4 bacım var. Ailəmdə ilk sahibkar mənəm. Bu, mənim də ilk biznes təcrübəmdir”.

O, uşaqlıqdan rəngli və fərqli corabları sevdiyi üçün bu istiqamətdə biznes qurmaq qərarı verib: “Çox sevsəm də, şəhərdə həm rəngli, həm də keyfiyyətli corab tapa bilmirdim. Bir gün düşündüm ki, niyə də özüm yaratmayım? Beləliklə, işə başladım”.
L.Tağıyeva deyir ki, biznesə ad seçimi zamanı tərəddüdləri olub: “Bu adın hamı üçün anlaşılmayacağından əvvəl çox tərəddüd edirdik. Dizaynerim Murad dedi ki, gəl adını “Ləpir” qoyaq, çünki bu sözün içində bütün izlər var - həm ayaq izi, həm də heyvan izləri. Açığı, mən əvvəl "Ayaq izi" adını qoymaq istəyirdim. Sonra düşündük ki, "Ləpir" həm daha fərqli səslənir, həm də mənanı daha geniş çatdırır”.

Müsahibimiz bildirdi ki, işi qurmaq üçün ona 5000 manat lazım olub: “Başlanğıcda 500 AZN ayırmışdım, amma prosesdə xərclər 5000 AZN-ə qədər çıxdı. Bu yola sıfırdan özüm başlamışam. Ailəm tərəfindən mənəvi dəstək olub, amma maddi olaraq bütün xərcləri özüm qarşılamışam”.

L.Tağıyeva hələ ki gəlirinin gözləntilərini doğrultmadığını deyir: “Biznes kimi yanaşsaq, başlanğıc mərhələsində əsas məqsəd qazanc yox, brend qurmaqdır. İnanıram ki, 1-2 il ərzində "Ləpir" ən tanınmış corab brendlərindən biri olacaq”.

Lalə xanım ən çox sevilən corab modellərindən də danışdı: “Fərqli dizaynda corablarımız var. Ən çox sevilən dizaynlar "Gecə-gündüz" corabı və "Sabahdan dietadayam" modelləridir. Üzəri yazılı olanlar daha çox diqqət çəkir. Müştərilərin ideyalarını nəzərə alıram, amma işlədiyimiz fabrik minimum 5 ədəd sifariş qəbul etdiyi üçün tam fərdi sifarişləri hazırda edə bilmirik”.

Corablarının qiyməti 15 manatdır. Bu haqda danışan L.Tağıyeva qiymətin əsasının olduğunu bildirdi: “Qiyməti Azərbaycan bazarına görə yox, məhsulun real maya dəyərinə görə təyin etmişəm. 15 AZN bəziləri üçün yüksək görünə bilər, amma istehsal, dizayn və keyfiyyət xərclərini nəzərə alanda mənim üçün bu rəqəm, hətta aşağıdır”.

L.Tağıyeva kiçik bir komanda ilə bu işləri gördüklərini bildirir: “Hazırda dizaynerim var və bütün dizaynları birlikdə müzakirə edib qərar veririk. Hələlik kiçik komandayıq, amma böyümə planlarımız var”.

O, sərgidən sonra müştəri və səhifəsində artım olduğunu bildirir: "Women Bazaar" sərgisindən sonra həm satışda, həm izləyici sayında ciddi artım oldu. Məncə həm reklam, həm də bu tip sərgilər vacibdir. Sərgilər brendi insanlara canlı təqdim etmək baxımından çox böyük təsir göstərir. Hətta sərgidə Arzu Əliyeva, Leyla Əliyeva və Alena Əliyeva stendimizi gülə-gülə qarşıladılar. İlk olaraq, "Bu il də ərə getmədim" corabını gördülər, sonra "Sabahdan diyetadayam" dizaynlı corablar diqqətlərini çəkdi. Məndən "Pişik", "Yoga" və "Gecə-gündüz" dizaynlı corabları aldılar”.

“Hazırda bütün fokusum corabdadır. Bu sahədə güclü və tanınmış brend qurmaq istəyirəm, sonra digər məhsullar barədə düşünmək olar”, - deyə L.Tağıyeva bildirdi.

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...