“Amazon”un fulfillment rəqibi “Stord” 3 milyard dollar dəyərləndirmə ilə 250 milyon dollar investisiya cəlb edib

Redaktor

26.05.2026 18:40
217

“Amazon”un fulfillment rəqibi “Stord” 3 milyard dollar dəyərləndirmə ilə 250 milyon dollar investisiya cəlb edib

Elektron ticarət logistikası sahəsində fəaliyyət göstərən “Stord” şirkəti 250 milyon dollarlıq yeni investisiya raundunu tamamladığını çərşənbə axşamı elan edib. Bu göstərici şirkətin bir il əvvəlki investisiya raundu ilə müqayisədə dəyərləndirməsinin iki dəfə artdığını göstərir.

Yeni maliyyələşdirmə raunduna “Strike Capital” rəhbərlik edib. Raundda həmçinin “Kleiner Perkins”, “Founders Fund”, “Franklin Templeton”, “Baillie Gifford”, “G Squared” və “Bond” iştirak edib.

“Stord” şirkəti 2015-ci ildə “Georgia Tech” universitetində təhsil alan tələbələr — baş icraçı direktor Şon Henri və texnologiya direktoru Ceykob Budro tərəfindən təsis olunub. Gənc təsisçilərin rəhbərlik etdiyi şirkət pandemiya dövründə vençur kapitalı bazarındakı sürətli yüksəlişdən faydalanaraq inkişaf edib və 2021-ci ildə “unicorn” statusu qazanıb.

Startap sonrakı dövrdə vençur kapitalı bazarında yaşanan durğunluqdan sağ çıxmağı bacarıb və 2025-ci ildə yenidən “Strike Capital”ın rəhbərlik etdiyi 200 milyon dollarlıq iri investisiya raundu keçirərək dəyərləndirməsini 1,5 milyard dollara çatdırıb. Şirkət bu günədək ümumilikdə təxminən 775 milyon dollar investisiya cəlb edib.

“Stord” elektron ticarət üçün fiziki anbar şəbəkəsi və inventar idarəetmə proqram təminatı təqdim edir. Şirkət özünü “Amazon”a alternativ kimi təqdim edir və markalara müştəri münasibətlərinə nəzarəti qoruyaraq “rəqabət aparmaq üçün sürət” qazandırdığını bildirir.

Süni intellekt dövründə Atlantada yerləşən fulfillment startapı proqram təminatına süni intellekt interfeysi əlavə etdikdən sonra yenidən diqqət mərkəzinə düşüb. Şirkət bu ilin aprel ayında keçirilən “Google Cloud Next” konfransında da “Google” tərəfindən xüsusi olaraq vurğulanıb.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...