AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

Redaktor

24.04.2026 11:43
252

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya”sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsinin artırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 1 aprel 2026-ci il tarixli qərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na dəyişiklik edilib.

Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini, onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini, kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini, habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləri ehtiva edir.

Kapital tələblərinin hesablanmasında yeni yanaşma investisiya şirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiya xidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraq onların fəaliyyətinin daha mütənasib tənzimlənməsinə şərait yaradacaqdır.

İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər və leverec əmsalının minimum həddinin müəyyən olunması kapital bazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçıların dayanıqlı inkişafına xidmət edir.

İnvestisiya şirkətlərinin yeni requlyativ mühitə uyğunlaşması üçün 6 ay müddət müəyyən edilib. Bu müddət ərzində hər bir investisiya şirkəti öz kateqoriyasını müəyyən etməli, bununla bağlı Mərkəzi Banka məlumat verməli və fəaliyyətini yeni Qaydaya uyğunlaşdırmalıdır.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Kapital Bazarları Assosiasiyasında (AKBA) təqdimat təşkil olunaraq Qaydalara təsdiqlənmiş yeni dəyişikliklər ətrafında müzakirələr aparılıb və sektor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

“İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na dəyişiklikləri bu linkdən nəzərdən keçirmək mümkündür: https://e-qanun.az/framework/61682

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...