Redaktor
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb
Pandemiya dövründə bir çox biznes sürətlə onlayn fəaliyyətə keçməyə məcbur oldu. Bu dövrdə azərbaycanlı bankir Zeynal Kərimzadə sahibkarlara ödənişləri qoşmağa və satışları vahid sistem vasitəsilə idarə etməyə imkan verən “Epoint” fintech platformasını yaradıb. Hazırda startap Azərbaycan və Gürcüstanda fəaliyyət göstərir və platforma vasitəsilə həyata keçirilən illik tranzaksiya həcmi 300 milyon dollara çatır.
Valyuta.az "The Tech"ə istinadən xəbər verir ki, Zeynal Kərimzadə “E-Point Incorporation” şirkətinin təsisçisi və direktorudur.
Şirkətin baş ofisi ABŞ-da qeydiyyatdan keçib. O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir və əsasən POS-terminal biznesi, elektron ticarət və internet bankçılığı sahələrində çalışıb.
Startap ideyası pandemiya dövründə yaranıb. Həmin vaxt bizneslərin onlayn fəaliyyətə keçməsi sürətlə artsa da, banklarda və fintech şirkətlərində qoşulma prosesi 30–40 gün çəkirdi. Bu problemi həll etmək üçün Kərimzadə bankdakı işindən ayrılaraq bizneslərin ödəniş infrastrukturuna daha sürətli qoşulmasına imkan verən platforma hazırlayıb. 2021-ci ilin iyununda məhsulun MVP versiyası istifadəyə verilib, oktyabrda isə tam funksional versiya istifadəyə çıxarılıb. Layihə ilkin mərhələdə şəxsi vəsait hesabına maliyyələşdirilib.
Şirkət qısa müddətdə sürətlə böyüyüb. İllik emal olunan tranzaksiyaların ümumi həcmi 300 milyon dollara çatıb. 2025-ci ildə startapın illik təkrarlanan gəliri (ARR) 2,6 milyon dollar olub ki, bu da əvvəlki illə müqayisədə 49% artım deməkdir. Hazırda platformada təxminən 1500 biznes qeydiyyatdan keçib. Komanda isə 50 nəfərə qədər böyüyüb və şirkətdə KYC, AML, hüquq, satış və məhsul bölmələri fəaliyyət göstərir.

Startap ABŞ-ın “500 Global” akselerasiya proqramında iştirak edərək 100 min dollar investisiya əldə edib. Daha sonra “Startup Wise Guys” proqramını keçib və Qazaxıstanın “ActivatVC” fondu ilə yanaşı bir neçə mələk investordan maliyyə dəstəyi alıb. Ümumilikdə “Epoint” startapı indiyədək 1 milyon dollar investisiya cəlb edib. Şirkətin hazırda bazar dəyəri 20 milyon dollar səviyyəsindədir. Şirkət 2025-ci ildə Gürcüstan bazarına daxil olub və yaxın illərdə Mərkəzi Asiya ölkələrinə çıxmağı planlaşdırır. Hazırda yeni investisiya raundu çərçivəsində 2 milyon dollar cəlb etmək və regionda fəaliyyətini genişləndirmək əsas hədəflərdən biridir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
28.04.2026Vasif Eyvazova yüksək vəzifə verildi
28.04.2026Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
28.04.2026"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib
28.04.2026Azərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026