Redaktor
Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
Bu ilin yanvar-mart aylarında Azərbaycanın sığorta şirkətlərinin yığımlarının həcmi 417 milyon 753 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 399 milyon 083 min manat olub.
Nəticədə, yığımlar üzrə illik müqayisədə sığorta şirkətlərinin göstəricisi 18 milyon 670 min manat və ya 4,67% artıb.
Həmçinin, ödənişlərdə də artım qeydə alınıb. Belə ki, cari ilin I rübündə şirkətlərin ümumi ödənişləri 218 milyon 456 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 164 milyon 029 min manat olub.
Beləliklə, ödənişlər illik müqayisədə 54 milyon 427 min manat və ya 33,18% artıb.

Sərvanə Rəmixanova