Redaktor
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar
Azərbaycanda yaradılan “SnackPack” mobil tətbiqi qida tullantılarını azaltmağa və kafe-restoranlara səfərləri daha sərfəli etməyə kömək edən platformadır.
Valyuta.az "The Tech"ə istinadən xəbər verir ki, tətbiq istifadəçilərə günün müəyyən saatlarında çörəkxana, restoran və otellərin endirimli təkliflərindən yararlanmaq imkanı yaradır. Modelin əsas məqsədi satılmadan qala biləcək qida məhsullarının israfının qarşısını almaqdır.
Layihənin təsisçisi “SnackPack” şirkətinin baş direktoru Ramil Tağıyevdir. O, startapı 2022-ci ildə qardaşı Emil Tağıyevlə birlikdə yaradıb.
Sonradan layihənin inkişafı ilə əlaqədar komanda genişlənib. Cavidan Bayramlı vizual mövqeləndirmə və sosial şəbəkələrin idarə olunması istiqamətində komandaya qoşulub. Ataxan Əhmədov platformada yeni müəssisələrin cəlb olunması və tərəfdaşlıq əlaqələrinin qurulması ilə məşğuldur. Daha sonra Aydın Təhməsibi də komandaya daxil olaraq müəssisələrlə əməkdaşlıq istiqamətində fəaliyyət göstərməyə başlayıb.
Startap ideyası informasiya texnologiyalarına maraq və sosial yönümlü layihə yaratmaq istəyi nəticəsində yaranıb. Komanda ilkin mərhələdə həm istifadəçilər, həm də kafe və restoran sahibləri ilə görüşərək bazarı araşdırıb.
Azərbaycanda mövcud olan “axşam bazarı” modeli diqqət çəkib. Bu model günün sonunda satılmamış qidaların daha aşağı qiymətə satılmasını nəzərdə tutur. Lakin bu sistem rəqəmsal formada tətbiq olunmurdu. Buna görə də ideyanı mobil tətbiq formatında həyata keçirmək qərara alınıb.
Layihə inkişaf mərhələsində bir sıra qrant və investisiyalar əldə edib. 2024-cü ildə Heydər Əliyev Fondunun və “RIIB” təşkilatının keçirdiyi müsabiqədə “SnackPack” “Sosial layihə” nominasiyası üzrə 3000 ABŞ dolları qrant qazanıb. Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “ICESCO” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə 10 000 ABŞ dolları qrant əldə edib.
Həmin ilin dekabrında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (“KOBIA”) tərəfindən layihəyə daha 10 000 ABŞ dolları qrant verilib. Bundan əlavə, komanda “IT Park Uzbekistan” tərəfindən keçirilən “Digital Startup Awards” inkubasiya proqramı çərçivəsində 10 000 ABŞ dolları investisiya cəlb edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
28.04.2026Vasif Eyvazova yüksək vəzifə verildi
28.04.2026Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı
28.04.2026"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib
28.04.2026Azərbaycanın şampun aldığı ölkələr - TOP 10
28.04.2026"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026