Azərbaycanlı hüquqşünas xarici bazarlara çıxışı asanlaşdıran hüquq platforması qurub

Redaktor

14.04.2026 16:00
360

Azərbaycanlı hüquqşünas xarici bazarlara çıxışı asanlaşdıran hüquq platforması qurub

Azərbaycandan olan hüquqşünas Mirzə Çıraqov hüquq və texnologiyanı bir araya gətirən yeni təşəbbüslə diqqət çəkib. Onun təsisçilərindən biri olduğu layihə müxtəlif ölkələrin hüquqi mühitinə çıxışı daha rahat, sürətli və əlçatan etməyə hesablanıb.

Valyuta.az xəbər verir ki, yeni platforma şirkətlərə, investorlara və hüquq mütəxəssislərinə xarici ölkələrin qanunvericiliyi, vergi qaydaları, biznes şərtləri və hüquqi prosedurları barədə ilkin məlumat toplamaqda kömək edir. Mirzə Çıraqov qeyd edib ki, bu isə yeni bazara daxil olmaq istəyənlər üçün ilk mərhələni sadələşdirə, vaxt itkisini azalda və ilkin xərcləri aşağı sala bilər.

M.Çıraqovun sözlərinə görə, bizneslərin xarici bazarlara çıxışı zamanı əsas çətinliklərdən biri hüquqi baryerlərdir: "Fərqli ölkələrin qaydalarını öyrənmək, riskləri qiymətləndirmək və düzgün qərar vermək üçün etibarlı məlumat bazasına ehtiyac var. Layihə çərçivəsində istifadəçilər başqa ölkələrin hüquq sistemi ilə tanış ola, bazar risklərini daha operativ qiymətləndirə və hansı istiqamətdə addım atmalı olduqlarını müəyyənləşdirə bilərlər". 

M.Çıraqov bildirib ki, bu cür həllər xüsusilə kiçik və orta biznes üçün xarici bazara çıxış prosesini daha real və əlçatan edə bilər.

Layihənin formalaşdırdığı komandada təkcə yerli mütəxəssislər deyil, eyni zamanda Avropa, ABŞ, Kanada və Böyük Britaniyadan ekspertlər də təmsil olunur. O əlavə edib ki, bu isə təşəbbüsün beynəlxalq əməkdaşlıq imkanlarına malik olduğunu və daha geniş bazarı hədəflədiyini göstərir.

"Hazırda əsas diqqət Azərbaycan bazarına yönəlsə də, gələcək mərhələdə platformanın Gürcüstan, Qazaxıstan və Özbəkistan kimi ölkələri də əhatə etməsi planlaşdırılır", - deyə o əlavə edib.

Mütəxəssislərin fikrincə, hüquq sahəsində rəqəmsal həllərin artması yaxın illərdə həm hüquqi xidmət bazarında rəqabəti gücləndirə, həm də biznes mühitində şəffaflıq və operativliyi artırmağa töhfə verə bilər.

©The Tech

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər

02.06.2026

Bakı Metropolitenində yeni təyinat olub - FOTO

02.06.2026

Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır

02.06.2026

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

Məzənnə

Yüklənir...