Redaktor
Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “PashaPay” MMC-də aparılan plandankənar tematik yoxlama zamanı qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Valyuta.az xəbər verir ki, müəyyən edilmiş pozuntular cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də daxili nəzarət və risklərin idarə edilməsi sahələrini əhatə edib.
Bununla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən, sözügedən çatışmazlıqların aradan qaldırılması məqsədilə “PashaPay” MMC-yə icrası məcburi olan göstərişlər verilib.
Mərkəzi Bank qeyd edib ki, göstərişlər aşkar edilmiş nöqsanların aradan qaldırılması və müvafiq sahələrdə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026