Redaktor
Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı
Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə bilet qiymətlərində uculaşma qeydə alınıb.
Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.80 manata düşüb.
Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif isə təxminən 180 manatdan 177 manata qədər ucuzlaşıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur.
Qeyd edilib ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir.
Qeyd edək ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır.
©Trend
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!
24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?
24.06.2026İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv
24.06.2026Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?
24.06.2026ABB kartlarından əlavə vəsait silinir - Bank açıqlama yaydı
24.06.2026"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir
24.06.2026Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı
24.06.2026SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®
24.06.2026“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir
24.06.2026“Sığorta ödənişləri 900 milyon manatı ötüb"
24.06.2026Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026