Redaktor
“Sığorta ödənişləri 900 milyon manatı ötüb"
Azərbaycanda ümumi sığorta yığımlarının son illərdə 1 milyard manatlıq həddi aşaraq 1,5 milyard manata çatdığı bir vaxtda, qeyri-həyat sığortası sektorunda rentabellilik göstəricisi 4%-dən 7%-ə yüksəlib, müştərilərə edilən ödənişlər isə kəskin artımla 900 milyon manatı ötüb.
Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının monitorinq və qiymətləndirilməsi çərçivəsində əsas hədəf indikatorlarına nail olunduğunu bildirib:
“2022-ci ildə ümumi sığorta bazarımız 1 milyard manatın altında olduğu halda, artıq 2025-ci ildə bu göstərici 1,5 milyard manata çatıb. Beləliklə, sığorta bazarının davamlı və ardıcıl inkişafını görürük. Strateji baxış ondan ibarətdir ki, sığorta daha çox biznes mühitinin inkişafına, xüsusən də investorların və kreditorların sığortalanması fonuna öz töhfəsini verməlidir".
Makroiqtisadi nöqteyi-nəzərdən yığım və onun sərmayəyə çevrilməsi göstəricilərini diqqətə çatdıran V.Qasımlı Türk dünyası üzrə ciddi bir problemi vurğulayıb:
“Türk dünyasında yığımın investisiyaya nisbəti göstəricisinə görə biz bütün dünya ilə müqayisədə təxminən dörd dəfə geridə qalırıq. Yəni bizdə daha çox yığım, daha az sərmayə var. Bu da ona gətirib çıxarır ki, yığımın bir hissəsi ölkələrimizdən kənara çıxır. Çox faydalı olardı ki, biz bu yığımı sərmayəyə çevirməyi bacaraq. Bunun üçün də birinci şərt inamdır, risklərin düzgün idarə olunmasıdır".
İcraçı direktor sığorta sahəsindəki yeni hədəflərdən danışarkən qəbul edilən mühüm sənədə istinad edib:
“Möhtərəm cənab Prezident tərəfindən 2026-2030-cu illərdə maliyyə inklüzivliyinin təmin olunması ilə bağlı Dövlət Proqramı qəbul olunub və burada sığortaya ayrıca diqqət yetirilib. Sığorta ile bağlı qarşıya qoyulan əsas hədəf indikatoru ondan ibarətdir ki, unikal sığorta müqavilələrinin sayısı 2025-ci ildəki 25 faizdən 2030-cu ildə 32 faizə qədər artırılsın. Bu, kifayət qədər ambisiyalı bir hədəfdir".
İcraçı direktor çıxışında müasir texnologiyaların, xüsusən də blokçeynin sığorta bazarı üçün əhəmiyyətini, eləcə də insan kapitalının inkişafı və miqyas effektini vurğulayıb:
“Müasir texnologiyalar, xüsusən də blokçeyni (blockchain) sığortanın bütövlükdə mahiyyətini dəyişir. Sığorta qalacaq, amma sığorta şirkətinin mahiyyəti tamam dəyişəcək və bu texnologiya çox sürətlə gəlir, biz buna uyğunlaşmalıyıq. Balaca bazarlarda böyük nəticələr əldə etmək mümkün olmayacaq. Ona görə də Sığortaçılar Assosiasiyasının beynəlxalq əməkdaşlığı çox əhəmiyyətlidir, biz qlobal bazarın bir tərkib hissəsi kimi çıxış etməliyik".
V.Qasımlı dövlət proqramı çərçivəsində aqrar sektor, akvakultura və balıqçılıq sahəsində sığorta mexanizmlərinin, xüsusən dövlət subsidiyaları ilə inteqrasiyanın vacibliyini qeyd edib və 2030-cu il hədəflərini açıqlayıb:
“Aqrar sektorda bitkiçiliklə bağlı sığorta olunan sahələrin sayının 3 il əvvəlki təxminən 600 min hektardan 2030-cu ildə 1 milyon hektara qədər çatdırılması hədəflənir. Eyni zamanda heyvandarlıq sahəsində də indiki halda 6,9 min baş heyvandan bu göstəricini 2030-cu ildə təxminən 100 min başa qədər çatdırmaq istəyirik. Gördüyünüz kimi, dəqiq hədəflər var və mən düşünürəm ki, bu, sığorta şirkətləri üçün çox yaxşı bir bazar imkanlarıdır".
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir
24.06.2026ABB kartlarından əlavə vəsait silinir - Bank açıqlama yaydı
24.06.2026"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir
24.06.2026Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı
24.06.2026SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®
24.06.2026“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir
24.06.2026“Sığorta ödənişləri 900 milyon manatı ötüb"
24.06.2026Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026