Redaktor
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
İş həyatında dost-tanış və ya qohum vasitəsilə işə qəbul olunan insanların sayı az deyil. Bəzi hallarda bu, işə qəbul prosesini sürətləndirsə də, peşəkar inkişaf və karyera perspektivləri baxımından müxtəlif suallar doğurur. Xüsusilə də işçinin vəzifədə qalmasının əsas səbəbi onun bacarıqları deyil, hansısa şəxsin dəstəyi olduqda gələcəkdə ciddi çətinliklər yarana biləcəyi deyilir. Bəs himayə hesabına qurulan karyera nə qədər davamlıdır?
Mövzu ilə bağlı "HR Hunter" şirkətinin qurucusu, insan resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a bildirib ki, dost-tanış və ya qohum vasitəsilə işə qəbul olunmaq problem deyil:
“Əgər həmin iş üçün lazımi bilik və bacarıqlara maliksənsə, təcrübən kifayət edirsə və işi yerinə yetirə biləcəksənsə, burada hər hansı problem görmürəm. Əksinə, bu, işə qəbul prosesinin daha da asanlaşması deməkdir. İşə qəbul mütləq şəkildə çoxsaylı mərhələlərdən və ya sərt müsahibələrdən keçmək anlamına gəlmir. Əgər həmin vəzifəyə daha rahat şəkildə çatmaq imkanın varsa, niyə də yox?”

Ekspertin sözlərinə görə, əsas problem şəxsin peşəkar keyfiyyətləri hesabına deyil, yalnız hansısa himayədara arxalanaraq yüksəlməsindən başlayır:
“Kiməsə arxayın olub yalnız onun dəstəyi hesabına irəliləyən şəxslər gələcəkdə iş tapmaqda ciddi çətinliklərlə üzləşə bilərlər. Hətta bəzi hallarda bu, mümkünsüz də ola bilər. Ona görə də insan daim öz üzərində işləməli, bilik və bacarıqlarını təkmilləşdirməlidir”.
İlkin Mirzəzadə hesab edir ki, himayə altında yüksələn şəxslərlə öz əməyi və bacarığı hesabına karyera quran əməkdaşlar arasında iş mühitində müəyyən gərginliklər yarana bilir:
“Eyni şirkətdə kiminsə himayəsi altında irəliləyən şəxslə pillə-pillə yüksələn əməkdaş arasında müəyyən hallarda həm mobbinq, həm də psixoloji problemlər yaşana bilir. Xüsusilə himayə olunan şəxs daha yüksək vəzifəyə gətirilirsə, bu, digər əməkdaşlarda ədalətsizlik hissi yaradır. Nəticədə öz zəhməti ilə yüksələn işçi bəzi hallarda işdən ayrılmaq qərarı verə bilir. Belə vəziyyətlər iş mühitinə mənfi təsir göstərir və sağlam korporativ atmosferin formalaşmasına mane olur”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026