Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

Redaktor

24.06.2026 13:30
92

Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

Bakıda fəaliyyət göstərən “Numbeer Restaurant and Music Pub” restoran biznesi satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, satışa obyekt deyil, yalnız hazır və işlək biznes təklif olunur.

İki ildən artıqdır fəaliyyət göstərən restoranın daimi müştəri bazasına malik olduğu və əlavə investisiya tələb etmədiyi bildirilir. Obyekt aylıq 2 300 manat icarə əsasında fəaliyyət göstərir.

Restoranın tərkibində 6 ayrı kabinet, 9 masa, kababxana bölməsi və çölə dürüm satışı xidməti mövcuddur. Müştərilər üçün müxtəlif idman qarşılaşmalarının izlənməsi məqsədilə zalda və kabinetlərdə televizorlar quraşdırılıb, beynəlxalq idman kanallarına çıxış təmin edilib.

Müəssisənin bütün mətbəx avadanlıqları, soyuducular, istilik sistemi, isti döşəmə, aspirasiya sistemi və digər zəruri avadanlıqlarla tam təchiz olunduğu qeyd edilir.

Sahibinin bildirdiyinə görə, obyekt hazırda fəaliyyət göstərir və aylıq xalis gəliri ən azı 5 min manat təşkil edir. Potensial alıcılar gündəlik və həftəlik dövriyyə ilə yerində tanış olmaq, həmçinin biznesin fəaliyyətini bir neçə gün müşahidə etmək imkanı əldə edə bilərlər.

Biznesin satış qiyməti 65 min manat olaraq müəyyənləşdirilib.

Ətraflı məlumat üçün 055 202 50 09 nömrəsi ilə əlaqə saxlamaq olar.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

24.06.2026

Bakıda və rayonlarda yağış yağacaq

24.06.2026

4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı

24.06.2026

“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”

24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

24.06.2026

ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”

24.06.2026

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Məzənnə

Yüklənir...