4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu?

Redaktor

24.06.2026 13:15
50

4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı

​“Avropa İttifaqına daxil olduqdan sonra qanunvericilik və fərqli pensiya strukturları arasında bəzi anlaşılmazlıqlar yarandı, region ölkələri üçün ən böyük problem isə büdcə kəsiri ilə bağlı şərtlər oldu”.

Valyuta.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən “Richter Pharma” Pensiya Fondunun İcraçı direktoru və “PensionsEurope” Mərkəzi və Şərqi Avropa Ölkələri Forumunun (CEEC Forum) sədri Çaba Nadj (Csaba Nagy) deyib.

Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsini bölüşən natiq bildirib ki, region dövlətləri sosialist rejimindən bazar iqtisadiyyatına keçid dövründə, xüsusilə 1998-2002-ci illərdə Dünya Bankının modelinə əsaslanan ikinci sütun (yığım) pensiya fondlarını yaratmağa başladılar. Lakin sonradan bu proses ciddi problemlərlə üzləşdi.

Çaba Nadj bu uğursuzluğun əsas səbəblərini və konkret göstəriciləri açıqlayıb: 

"Avropa İttifaqına üzv olarkən ölkələr qarşısında büdcə kəsirinin ÜDM-in 3%-indən çox olmaması (Maastrixt kriteriyası) tələbi qoyuldu. İşçilərin etdiyi sosial ödənişlərin bir hissəsi (məsələn, Macarıstanda ümumi 15%-lik ödənişin 8%-i) ikinci sütuna – yığım fondlarına yönəldildiyi üçün dövlətin birinci sütununda (əsas pensiya büdcəsində) böyük kəsir yarandı. Avropa İttifaqı ilə bu vəsaitlərin büdcə kəsiri hesab edilməməsi barədə aparılan danışıqlar nəticə vermədi.

​Yaranmış maliyyə təzyiqləri səbəbindən regionda dörd ölkə – Polşa, Estoniya, Litva və Macarıstan tətbiq etdikləri bu sistemdə uğursuzluğa düçar oldu. Məsələn, cəmi 1.8 - 2 milyon əhalisi olan Estoniyada iqtisadi miqyas kiçik olduğu üçün fondların idarəetmə xərcləri çox yüksək oldu və hökumət bu sistemi icbaridən könüllü formaya saldı, vətəndaşlar pullarını geri çəkdilər".

​Natiq bu prosesdə Polşanın fərqli ssenarisinə də toxunub. Onun sözlərinə görə, Polşa 1997-ci ildə bu islahatlara başlasa da, 2014-cü ildə sistem milliləşdirildi: "Buna səbəb isə fondların investisiya qoyuluşunda sərt kəmiyyət məhdudiyyətlərinin olması və vəsaitlərin demək olar ki, yalnız yerli birjaya yönəldilməsi idi. Nəticədə 2008-ci il böhranında yaranan maliyyə köpüyü partladı və böyük vəsait itkilərindən sonra sistem iflas etdi. Lakin Polşa 4 illik fasilədən və etimad itkisindən sonra PPK (Personal Capital Accounts) adlı yeni fərdi yığım modelini işə saldı. Hazırda bu model işəgötürən, işçi və dövlətin birgə sabit əməkdaşlığına əsaslanır və fondda olan 4.25 milyon insanın sayı sürətlə artaraq aktiv əhalinin 75%-nə çatmaqdadır". 

Çaba Nadj uğursuzluqlarla yanaşı, regionda ikinci sütun sistemini qoruyub saxlaya bilən uğurlu nümunələri də sadalayıb: "Bolqarıstan, Xorvatiya və Rumıniya kimi ölkələr islahatın ilkin mərhələsində yığım faizlərini (məsələn, Macarıstandan fərqli olaraq 7-8% deyil, 2%-lə başlayaraq) aşağı saxladıqları üçün dövlət büdcəsinə ağır yük salmadılar və bu gərginliyi sığortalaya bildilər. İndi həmin ölkələrdə vətəndaşlar pensiya vaxtı çatanda ümumi təqaüdlərinin 75%-ni dövlətdən, qalan 25%-ni isə uğurla fəaliyyət göstərən ikinci sütun yığım fondlarından alırlar".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

24.06.2026

Bakıda və rayonlarda yağış yağacaq

24.06.2026

4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı

24.06.2026

“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”

24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

24.06.2026

ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”

24.06.2026

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Məzənnə

Yüklənir...