Redaktor
Banklar ilk 4 ayda 438,5 milyon manat xalis mənfəət qazanıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 438,5 milyon manat xalis mənfəət əldə edib.
Valyuta.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 98,7 milyon manat və ya 29% çoxdur.
Ötən ilin ilk 4 ayında bank sektorunun xalis mənfəəti 339,8 milyon manat təşkil etmişdi.
Hesabat dövründə bankların əməliyyat mənfəəti də artım göstərib. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında əməliyyat mənfəəti 658,7 milyon manata çatıb ki, bu da illik müqayisədə 94,3 milyon manat və ya 16,7% çoxdur. 2025-ci ilin müvafiq dövründə bu göstərici 564,4 milyon manat olub.
Eyni zamanda, banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi də artıb. Cari ilin ilk 4 ayında bank sektoru üzrə mənfəət vergisi ödənişləri 104,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon manat və ya 15,6% artım deməkdir. 2025-ci ilin yanvar-aprel aylarında banklar 90,1 milyon manat mənfəət vergisi ödəyib.