"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

Redaktor

13.03.2026 15:54
24,937

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

ABŞ-ın Alabama ştatında federal məhkəmə son iddia üzrə "Binance"ə qarşı bütün tələbləri rədd etdi. 

Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" bu gün açıqlayıb ki, ABŞ-ın Alabama ştatında yerləşən federal məhkəmə şirkətə qarşı Anti-Terrorizm Aktının (ATA) pozulması iddiaları ilə qaldırılmış məhkəmə işində bütün tələbləri rədd edib. Bu qərar "Binance"in ATA ilə bağlı iş üzrə bir həftə ərzində qazandığı ikinci böyük hüquqi qələbədir. Bundan əvvəl şirkət Nyu-Yorkun Cənub Dairə Məhkəməsində də oxşar qələbə əldə edib. Tam və qəti hüquqi qələbə 19 səhifədən ibarət ətraflı qərarında məhkəmə iddiaçıların şikayətini həm hüquqi, həm də faktiki baxımdan qeyri-kafi hesab edib.

Məhkəmənin bütün iddiaları istisnasız olaraq rədd etməsi "Binance" üçün qəti və tam hüquqi qələbə kimi qiymətləndirilir. Hakim təqdim edilmiş sənədi “shotgun pleading” (yəni qeyri-dəqiq və sistemsiz şəkildə tərtib olunmuş iddia ərizəsi) kimi xarakterizə edib. Şikayətdə iddialar aydın şəkildə göstərilməyib və bütün cavabdehlər fərdi davranış və ya məsuliyyət fərqləndirilmədən birlikdə təqdim olunub. Qərarda həmçinin vurğulanıb ki, iddiaçılar öz tələblərini izah etmək üçün tələb olunan “qısa və aydın bəyanat” standartını belə təmin edə bilməyiblər.

Qərara əsasən, məhkəmə iddiaçılara müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün 10 aprel 2026-cı ilədək yenilənmiş iddia ərizəsi təqdim etmək imkanı verib. Bununla yanaşı, hakim xəbərdarlıq edib ki, bu problemlər lazımi qaydada aradan qaldırılmasa, iş tamamilə bağlanacaq. Hüquqi prinsipiallıq və irəliləyiş “Bu qərar "Binance"i və icmamızı əsassız və pis niyyətli məhkəmə iddialarından qorumaq istiqamətindəki qətiyyətli mövqeyimizi bir daha təsdiqləyir”, deyə "Binance"in Baş hüquq müşaviri Eleanor Hughes bildirib.

“Sanksiyalara uyğunluq və terrorizmin maliyyələşdirilməsi hüquq sahəsində son dərəcə ciddi məsələlərdir - bu mövzular sübut, hüquqi dəqiqlik və qanuni prosedurlar tələb edir. Məhkəmələr bu iddiaları artıq iki ayrı halda araşdıraraq onların əsassız olduğunu müəyyən ediblər. Bu nəticələr öz-özlüyündə hər şeyi göstərir. Hüquq sistemindən sui-istifadə etməklə sənayemizi hədəf almaq cəhdlərinə dözməyəcəyik və fəaliyyətimizin bütün sahələrində şəffaflıq, təhlükəsizlik və qanunlara uyğunluq prinsiplərinə sadiq qalmağa davam edəcəyik”. Son qərar "Binance"in Nyu-Yorkda qazandığı əhatəli hüquqi qələbədən dərhal sonra verilib. Həmin işdə də məhkəmə şirkətin terrorçulara kömək etməsi, onların fəaliyyətində iştirak etməsi və ya onlarla sövdələşməsi ilə bağlı iddiaları rədd etmişdi.

Bu qərarlar birlikdə "Binance"in platformasını və icmasını qorumaq istiqamətindəki möhkəm mövqeyini nümayiş etdirir. "Binance" daim sənayenin qabaqcıl uyğunluq infrastrukturu, tənzimləyici qurumlarla əməkdaşlıq və hüquqi idarəetmə mexanizmlərinə investisiya yatırır. Şirkət fəaliyyətinin təhrif edilməsi və ya əsassız iddiaların irəli sürülməsi cəhdlərinə qarşı özünü qətiyyətlə müdafiə etməyə davam edəcəyini bildirir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...