Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?

Redaktor

02.04.2026 10:30
569

Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?

İnvestisiya etməyə maraq göstərən və vəsaitlərini səhm bazarında dəyərləndirmək istəyən şəxslərin sayı getdikcə artır. İnvestorlar arasında belə bir fikir var ki, “ən böyük qazanclar məhz bahalı görünən səhmlərdən gəlir”. 

Ümumiyyətlə, bir səhmin perspektivli və gəlirli olub-olmadığını necə müəyyən etmək olar?

İqtisadçı Rəşad Həsənov Valyuta.az-a bildirib ki, ümumilikdə, səhmin qiymətinin yüksək olması ilə onun perspektivləri arasında müəyyən korrelyasiya mövcuddur və bu, müəyyən məntiqi asılılıq yaradır:

"Belə ki, səhmin baha olması çox vaxt şirkətin daha etibarlı olması, bazarda uzun müddət fəaliyyət göstərməsi və daha yüksək qiymətlə vəsait cəlb edə bilməsi ilə əlaqələndirilir. Bununla yanaşı, məsələnin texniki tərəfi də nəzərə alınmalıdır. Şirkət səhmləri emissiya edərkən ümumi dəyər emissiya edilən səhmlərin sayına bölünərək bir səhmin ilkin qiyməti müəyyən olunur. Səhmlərin sayı nə qədər çox olarsa, bir səhmin qiyməti bir o qədər aşağı olur. Bu səbəbdən bazarda bəzən səhmin aşağı və ya yüksək qiyməti yanıltıcı təsir yarada bilər. Peşəkar investorlar üçün əsas tövsiyə şirkətin fundamental göstəricilərinə diqqət yetirməkdir. Buraya şirkətin innovativliyi, bazara təqdim etdiyi həllər, məhsul və xidmətlərin keyfiyyəti, rəqabət qabiliyyəti, idarəetmədə şəffaflıq və korporativ idarəetmə modelinin müasir tələblərə uyğunluğu daxildir".

R.Həsənov qeyd edib ki, müasir dövrdə xüsusilə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin perspektivləri daha yüksək qiymətləndirilir:

"Bu tip şirkətlərin səhmlərində artım potensialı ənənəvi sektorlarla müqayisədə daha yüksək ola bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, bazar və istehlak strukturu sürətlə dəyişir. Əgər şirkətin məhsul və ya xidmətlərinə orta və uzun müddətli dövrdə tələbat azalarsa, bu, şirkətin perspektivlərinə mənfi təsir göstərir və nəticədə səhmlərin ucuzlaşmasına səbəb olur. Bu baxımdan, hər hansı səhmi almaqdan əvvəl şirkətin fəaliyyətinin dərin təhlili, bazar konyunkturasının qiymətləndirilməsi və perspektivlərin aydın şəkildə müəyyən olunması vacibdir. Səhmin ucuz və ya baha olması isə təkbaşına həlledici meyar hesab edilmir. Bundan əlavə, keçmiş məlumatların təhlili də müəyyən siqnallar verə bilər. Əgər səhmin qiymətində davamlı artım müşahidə olunursa, bu, bazar trendinin göstəricisi kimi ilkin qərarvermədə nəzərə alına bilər".

"Nəticə etibarilə, bütün bu amillərin kompleks şəkildə təhlili investorun daha əsaslandırılmış qərar qəbul etməsinə imkan yaradır və gələcəkdə səhmlərin daha yüksək qiymətə satılması və ya dividendlər vasitəsilə gəlir əldə olunması ehtimalını artırır", - deyə ekspert əlavə edib.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...