Redaktor
"Birbank İnvest"in dövriyyəsi 9 ayda 25 milyon dolları ötüb
"Birbank Invest" platformasının dövriyyəsi 9 ay ərzində 25 milyon ABŞ dollarını ötüb. B
Valyuta.az xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
İdarə Heyətinin sədri bildirib ki, bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir:
"Biz məhz bu fəlsəfəni rəhbər tutaraq, ötən il Birbank brendlərinə tamamilə yeni nəfəs gətirdik və "Birbank Invest"i ictimaiyyətə təqdim etdik. PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Bu, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar yaradır.
Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də bunu təsdiqləyir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilər ABŞ-nin aparıcı şirkətləri və birja fondları (ETF) daxil olmaqla, 12 mindən çox maliyyə alətindən faydalana bilirlər".
"Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 min dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə təmin olunur. Qısa müddət ərzində 100 minə yaxın istifadəçinin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarını ötməsi onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi”, - deyə o, əlavə edib.