"Böhran dövründə belə, əməkdaşları dərhal ixtisar etmək çıxış yolu sayılmamalıdır"

Redaktor

03.04.2026 09:00
203

"Böhran dövründə belə, əməkdaşları dərhal ixtisar etmək çıxış yolu sayılmamalıdır"

Dünyada, eləcə də Azərbaycandakı şirkətlərdə ixtisarları zaman-zaman görürük. Bu hallarda işdən çıxarılan əməkdaşların iş yükü adətən kollektivdə qalan işçilərin üzərinə düşür.

Bəs ixtisar qərarları uzunmüddətli perspektivdə şirkətin fəaliyyətinə və effektivliyinə necə təsir edir?

Valyuta.az-a danışan biznes konsultant və idarəçi Anar Bayramov bildirir ki, ixtisar bəzən qaçılmaz olsa da, bu qərar verilərkən bir sıra mühüm məqamlar nəzərə alınmalıdır: "İlk növbədə ixtisarların şirkət daxilində yaratdığı psixoloji və institusional təsirlər düzgün hesablanmalıdır.

Şirkət ixtisarların təşkilati mədəniyyətə və ümumi iş mühitinə təsirini əvvəlcədən qiymətləndirməlidir. İxtisar yalnız işdən çıxarılan əməkdaşlara deyil, işdə qalanlara da təsir edir. Bu, kollektivdə suallar yaradır və şirkətə olan etibarı sarsıda bilər. Ona görə də, həm işə qəbul, həm də ixtisar qərarlarında maksimum məsuliyyətli olmaq və bütün həssas məqamları nəzərə almaq vacibdir. İxtisarın səbəbi və məntiqi yalnız çıxarılan əməkdaşlara deyil, imkan daxilində kollektivdə qalanlara da izah olunmalıdır”.

Ekspert vurğulayır ki, ixtisar qərarları emosional və ya panika fonunda qəbul edilməməlidir: "Bəzən qısamüddətli çətinliklər panikaya səbəb olur və şirkətlər kəskin addımlar atır. Bu, düzgün yanaşma deyil. Hətta böhran dövründə belə, əməkdaşları dərhal ixtisar etmək çıxış yolu sayılmamalıdır. Əmin olmaq lazımdır ki, bu addım həqiqətən zəruridir və alternativlər tükənib”.

Anar Bayramov: “Rəhbərdən qorxan işçi şirkəti geriyə atır” | Banco.az

A.Bayramovun fikrincə, mütəmadi ixtisarlar şirkət üçün daha ciddi risklər yaradır: "Davamlı ixtisarlar şirkətin qeyri-sabit və proqnozlaşdırıla bilməyən olduğunu göstərir. Bu isə əməkdaşlarda inamın azalmasına gətirib çıxarır. Ona görə də insan resursları əvvəlcədən düzgün dizayn olunmalı və planlaşdırılmalıdır”. 

Ekspert qeyd edir ki, ixtisardan sonra qalan əməkdaşların üzərinə düşən əlavə yük də xüsusi diqqət tələb edir:

“İş yükünün artması müəyyən hallarda qaçılmazdır. Amma əsas məsələ balansın qorunmasıdır. Əgər işçinin həyatında dəyişən yeganə şey iş yükünün artmasıdırsa, bu, nə dayanıqlıdır, nə də ədalətlidir. Belə vəziyyətlərdə müəyyən qırılmalar yaranır. Buna görə də işçilər paralel olaraq rifahlarında müsbət dəyişiklik hiss etməli və ya ən azı bunun üçün real perspektiv görməlidirlər”.

A.Bayramov sonda qeyd etdi ki, ixtisar yalnız maliyyə qərarı deyil, eyni zamanda insan kapitalına və şirkətin gələcək dayanıqlılığına birbaşa təsir edən strateji addımdır: "Buna görə də bu prosesə həm iqtisadi, həm də insani yanaşma ilə yanaşmaq vacibdir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ayda Yer üçün həyati əhəmiyyətli bir resurs var - Onun dəyəri trilyonlarla ola bilər

03.04.2026

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib ®

03.04.2026

ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər

03.04.2026

Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb

03.04.2026

Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır

03.04.2026

"ElevenLabs" mətndən musiqi yaradan tətbiqini təqdim etdi

03.04.2026

13 rayonunun su layihələri üçün yarım milyonluq TENDER

03.04.2026
"Problemli kreditlər hələ kritik həddə çatmayıb"

"Problemli kreditlər hələ kritik həddə çatmayıb"

03.04.2026

“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir

03.04.2026

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

03.04.2026

“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır

03.04.2026

ABA-nın nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

03.04.2026

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı ®

03.04.2026

Onların təhsilhaqqını dövlət ödəyəcək

03.04.2026

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

03.04.2026

"CİBPay"in vəzifəli şəxsi cərimələndi

03.04.2026

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı

03.04.2026

Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı

03.04.2026

2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq

03.04.2026
Evinizi sığortalamaq neçəyə başa gəlir?

Evinizi sığortalamaq neçəyə başa gəlir?

03.04.2026

Məzənnə

Yüklənir...