Borc verəkmi?
02.07.2024 12:56
1,494

Borc verəkmi?

Ruzanna Bəşirova
    Xərclər üzrə konsultant 

Məndən borc istəyirlər, görəsən, verim?

Məndən soruşsanız, əsla borc almaq və vermək tərəfdarı deyiləm. Əlbəttə, söhbət ekstrim hallar və məbləğlərdən getmir.

Ümumiyyətlə, ekstrim məbləğlər çox risklidir və bu proseslərə qərar verilən zaman ani deyil, dəfələrlə düşünmək, düşdüyün borcun ağırlıq yükündən fiziki olmaqdan əlavə, mənəvi də çıxa bilməyi bacarmağı hesablamaq lazımdır. Məlumdur ki, çox zaman xəbərlərdə yüksək borcu və bu borcun üzərinə yığılmış faizləri görə fərqli yollara əl atan, sonda isə intihar xəbərlərini eşitdiyimiz nə qədər məlumat alırıq.

Bəs borca düşməmək üçün nə edə bilərik?

Xərclərə nəzarət üzrə konsultasiyalarımda müştərilərimlə söhbətimiz zamanı məlum olur ki, bank kreditlərinin çox əlçatan olması, eyni zamanda uzun müddətə və faizsiz verilməsi insanları “cost save” etmək əvəzinə rahatlıqla xərcləmək və təcili lazım olan məbləğlərdə borc və kreditlərə üz tutmaqdır.

Bəzən isə imkanı yaxşı olan dost-tanış və ya qohumlardan ərk ilə borc götürməyə arxayınlaşırıq.

Sizi əmin edə bilərəm ki, bizim mental münasibət dəyərlərimiz və çevrəsinə yox deyə bilməmə səbəbi ilə yaxınlarımız bizə borc versələr də, bu vəziyyətdən heç də məmnun deyillər və bu borc məsələsi onları hər zaman narahat edir.

Borcun gecikdirilməsi və ya verilməməsi isə münasibətlərin gərginləşməsi, pozulması bəzən isə düşmənçiliyə belə gətirib çıxarır.

Buna görə də gündəlik xərcləmələr zamanı müəyyən məbləğləri qoruyaraq borc və kredit əvəzinə öz büdcəmizdə toplağımız məbləğdən istifadə edə bilərik.

Bu məbləği gündəlik həyat şəraitinə uyğun olaraq müxtəlif formalarda edə bilərik. Xərclər fərdi olduğu, şəxsə görə dəyişdiyi üçün ümumi misallar gətirmək çox zaman effektli olmur. Lakin hər kəsin müxtəlif təyinatlı əlavə xərcləri mütləq ki, vardır.

Sadəcə xərcləmələrinizdə xərclərin və itkinin nə olduğunu bilmək üçün mütəxəssis köməyindən istifadə edə bilərsiniz.

Bundan əlavə əgər münasibətlərin korlanmasını istəmirsinizsə, elə ilk başda borc istəyən şəxsə “yox” demək daha sonra borcun gecikdirilməsi və ya qaytarılmaması zamanı yaranan narazılığı həm də maddi itki olmadan azaltmış olarsınız.

Xərclərinizi idarə edin ki, borclarınız sizi idarə etməsin.

Borc verəkmi?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...