Redaktor
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə (xidmət haqqı tariflərinin) bağlı qərar qüvvəyə minib.
Valyuta.az "Oxu.Az"a istinadən xəbər verir ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:
"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.
Qərar martın 18-də imzalanıb.
Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvanda Prezident nümayəndəliyinin statusu yüksəldilir
02.06.2026Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər
02.06.2026Mərkəzi Bank yerli banklara kredit qoyuluşunu dayandırıb
02.06.2026Mərkəzi Bankın mənfəəti artıb, aktivləri isə 1,7 milyard manat azalıb
02.06.2026“Paysis” elektron pul təşkilatının lisenziyası ləğv edilib
02.06.2026"MİDA" yeni satınalma tenderi elan edib
02.06.2026"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər
02.06.2026Bakı Metropolitenində yeni təyinat olub - FOTO
02.06.2026Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır
02.06.2026“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
02.06.2026Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək
02.06.2026Azərbaycan qızıl ixracından nə qədər qazanıb?
02.06.2026Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır
02.06.2026Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026