Camid Mövsümov
Azərbaycan Françayzinq Assosiasiyası İdarə heyətinin sədri
Dünyada 1980-ci illərə qədər belə bir düşüncə mövcud idi ki, ölkəndə nə qədər çox istehsal edirsənsə, o qədər çox qazanırsan. İqtisadiyyatda mövcud olan durğunluq, dünya şirkətlərinin də bu məsələyə baxışını dəyişdi. “Nike”, “Tommy Hilfiger”, “Microsoft” və “İntel” kimi şirkətlər ilkin olaraq məhsullarını zəif inkişaf etmiş, işçi qüvvəsinin ucuz olduğu bazarlarda istehsal etməyə başladılar.
Bu şirkətlər üçün əsas məsələ istehsal yox, marketinq idi. Artıq bu yarışda ən böyük istehsal sahəsinə sahib olan deyil, marketinq strategiyasını düzgün aparan və çox məhsul yerinə doğru imic formalaşdıran qazanırdı.
Bir ölkə istehsalçısının markalaşmasının əsasında ölkənin markalaşması və marka strategiyasını düzgün tətbiq etməsi durur. Ölkəmizdə təşkil olunan “Formula - 1”, “COP-29” kimi tədbirlər ölkə markalarının formalaşmasında böyük əhəmiyyət daşıyır.
Azərbaycan sənəti, mədəniyyəti, elmi, mətbəxi, coğrafiyası və fiziki xüsusiyyətləri, insan qonaqpərvərliyi ilə tanınan bir markaya çevrilməlidir.
Marka məhsulun oxşar məhsullardan fərqlənməsinə, məhsul və xidmətlərin tanıdılmasına, fərqlilik yaradılmasına, məhsul və ya xidmətə bağlılıq yaradılmasına dəstək olur. Markalaşma - məhsula və ya xidmətə dəyər yaradan anlayışdır. Markalaşma marketinq strategiyasının ən mühüm məqsədidir. Marka, müştəridən əvvəl şirkəti qoruyur. Məsələn, “Harley Davidson” və “Ford-Mustang” markalarının gücü, digər amerikan şirkətləri çökən zaman bu məhsulları yox olmaqdan qurtarıb. Marka yaratmaq qısaca hər şeydir. Markalaşma həyatımızın əvəzolunmazı olub. Markalaşmağı bacarmayan məhsul və ya xidmətin bazarda qalması mümkün deyildir. Marka yaratmaq çətin, uzun və bahalı bir prosesdir, lakin mümkünsüz deyil. Bir markanın bazarda yerləşməsi üçün ən önəmli faktorlardan biri də AR-GE-dir.
Azərbaycan məhsulları üçün önəmli olan ölkə markalarının xarici bazarlara daşınmasıdır. Bunu yerli şirkətlərin təkbaşına bacarması demək olar ki, mümkünsüzdür. Burada ən önəmli məqam dövlət-özəl iş birliyidir. Bu sahədə yaxın ölkələrin təcrübəsinin ilkin olaraq tətbiqi uğurludur. Qardaş Türkiyədə tətbiq olunan “Turquality” buna əyani təkan ola bilər.
“Turquality” nədir?
“Türk” və “Keyfiyyət” anlayışlarını birləşdirən “Turquality” loqosu yaradılıb. Hədəf “Made in Turkey” müsbət imicinin formalaşdırılmasıdır. “Turquality” əsas hədəfləri aşağıdakılardır:
- Qlobal türk markalarını yarada bilmək üçün şirkətlərin və markaların inkişafına strategiya, əməliyyat, təşkilatçılıq və texnoloji konsaltinq xidmətilə dəstək vermək,
- Əlaqələrin qurulması və tanınması üçün dəstək vermək,
- Seçilmiş türk markaları üçün katalizator olmaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Türk dünyası bizim ailəmizdir”.
Türk dünyasının sürətlə qloballaşan dünyada ortaq Türk markasına ehtiyac duyduğu açıqdır. Azərbaycan atalar sözündə deyildiyi kimi - “Güc birlikdədir”.
2024-cü il may ayının 22-də Qazaxıstan paytaxtı Astana şəhərində ortaq Türk markası olan “Made in Turan” markası elan olunub. Ortaq dəyərlər, mədəniyyətlər əsasında qurulacaq bu marka düzgün yerləşdirmə, tanınma və birgə əməklə qısa zamanda uğurlu dünya markası olması mümkündür. Bu işdə Türk dövlətlərinin dəstəyi mütləqdir. Ortaq marka ətrafında cəmlənəcək Türk dövlətləri iqtisadiyyatları daha sürətli inkişaf və artım sərgiləyəcəkdir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnvestorlar qızıldan üz döndərir: Müharibəyə görə metalın qiymətləri enir
06.04.2026Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu
06.04.2026Aviakompaniyalar İran müharibəsi səbəbindən reyslərin kütləvi ləğvinə başlayır - KİV
06.04.2026Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu
06.04.2026BDU-nun Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti”nin birgə təşkilatçılığı ilə seminar keçirilib
06.04.2026İcra başçısı müavinini işdən çıxardı - FOTO
06.04.2026Siqaret ixracından gəlirlər 4 dəfə artıb
06.04.2026Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
06.04.2026Səudiyyə Ərəbistanı neft qiymətlərini rekord səviyyəyə qaldırır
06.04.2026Mərkəzi Bank 2 bankın vəzifəli şəxsini cərimələdi
06.04.2026Bibiheybət yolu bağlandı - nazir əraziyə getdi
06.04.2026“Azərgold”un ixrac gəlirləri 42%-ə yaxın artıb
06.04.2026Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
06.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
06.04.2026Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA
06.04.2026Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
06.04.2026Peyk xidmətləri ixracında ilk beşlik - lider ölkələr açıqlandı
06.04.2026Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
06.04.2026