Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Ucuz məhsulun marketinqini qurmaq çətindir, yoxsa baha məhsulun?
Bu suala birmənalı cavab vermək mümkün deyil, çünki hər iki məhsul növünün özünəməxsus çətinlikləri və yanaşmaları mövcuddur. Əsas məsələ odur ki, hər məhsulun hədəf auditoriyası, dəyər təklifi və təqdimat üslubu fərqlidir.
Bahalı məhsullar: Qiyməti yox, statusu satmaq
Bahalı məhsulların marketinqində əsas diqqət qiymətə deyil, dəyərə və statusa yönəldilir. Belə məhsullar müştərinin özünü fərqli və üstün hiss etməsinə xidmət edir.
Məsələn, lüks avtomobillər, brend geyimlər, eksklüziv zinyət əşyalarının reklam olunarkən heç vaxt “bu məhsul ucuzdur” və ya “endirimdədir” kimi mesajlarla təqdim olunmur. Əksinə, təqdimat vizual olaraq estetikaya, prestijə və həyat tərzinə fokuslanır.
Reklam mesajları daha çox emosional təsirə əsaslanır:
“Sən bu səviyyədəsən.”
“Özünə bu cür münasibət göstər.”
“Sadəcə məhsul deyil, həyat tərzidir.”
Bu tip məhsullarda müştəriyə dəyər hiss etdirmək və qərarını rasional səbəblərlə deyil, hisslərlə əsaslandırmaq əsas strategiyadır.
Ucuz məhsullar: Qiymət və əlçatanlıq ön plandadır
Ucuz məhsullar isə fərqli taktika tələb edir. Bu məhsullar geniş kütləyə xitab etdiyi üçün qiymət əsas qərarverici faktordur. Bu səbəbdən endirim kampaniyaları, aksiyalar, “1 al, 1 hədiyyə” kimi təkliflər geniş istifadə olunur. Hədəf daha çox satış həcmidir, çünki qazanc marjası aşağıdır.
Bu tip məhsulların reklamlarında tez-tez bu kimi mesajlara rast gəlirik:
“Ən sərfəli qiymət!”
“Endirimli təkliflər yalnız bu həftə!”
“Cəmi 2.99 AZN-ə!”
Bu yanaşmada sürətli qərarverməyə təşviq edən elementlər – vaxt məhdudiyyəti, və məhsul məhdudiyyəti önə çıxır.
Hansı daha çətindir?
Əslində hər ikisinin öz çətinliyi var.
Bahalı məhsulda çətinlik brendə inam yaratmaq və dəyəri əsaslandırmaqdır.
Ucuz məhsulda isə rəqabətin çox olması və müştərini loyal saxlamaqdır.
Ucuz və bahalı məhsulların marketinqində vahid resept yoxdur. Bahalı məhsullar status və emosional dəyər üzərindən satılır, ucuz məhsullar isə sərfəli qiymət, əlçatanlıq və kütləvi satış strategiyası ilə tanıdılır. Marketoloqun vəzifəsi — məhsulun mövqeyinə uyğun düzgün üslub tapmaq və auditoriyanın gözləntilərinə cavab verən dəyərləndirmə təqdim etməkdir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRahat karyeranı tərk edib, milyardlıq logistika şirkəti qurdu - SƏHƏR OXUSU
15.04.2026TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026