Redaktor
Enerji böhranı: Avropalı turistlər yay tətili planlarını yenidən nəzərdən keçirmə bilər
Avropada aviasiya yanacağının ciddi qıtlığı fonunda yay mövsümündə uçuşların məhdudlaşdırılması ehtimalı artır və bu, turistlərin planlarına təsir edə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Məlumatda bildirilir ki, son 25 ildə Avropanın neft-qaz sektoru daxili tələbatın azalması, xarici rəqabətin artması və emissiyaların azaldılması siyasətləri səbəbindən əhəmiyyətli dərəcədə kiçilib. Nəticədə region enerji idxalından daha çox asılı vəziyyətə düşüb.
Son illərdə bu sahə iki böyük zərbə alıb: 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya qaz tədarükünün kəskin azalması və ABŞ və İsrail ilə İran arasında yaranan münaqişə fonunda Ormuz boğazında logistik problemlər.
Avropa xüsusilə aviasiya yanacağı idxalından asılıdır və bu tələbatın təxminən 75 faizi Yaxın Şərqdən təmin olunur.
Asiyada neft emalı zavodlarının istehsalı azaldığı üçün qlobal bazarda yanacaq təklifi daralıb və bu da Avropada qiymətlərin kəskin artmasına səbəb olub. 18 martda aviasiya yanacağının bir tonunun qiyməti 1800 dollara qədər yüksəlib, daha sonra isə təxminən 1450 dollar səviyyəsinə enib.
Hazırda Avropada aviasiya yanacağı ehtiyatları sürətlə azalır. Yaxın Şərqdən son tədarüklərin də başa çatması fonunda yeni resursların tapılması daha çətin və baha olacaq.
"Airports Council International Europe" təşkilatı bölgənin üç həftə ərzində sistemli yanacaq qıtlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Bu şəraitdə aviaşirkətlər ya qiymətləri artırmalı, ya da uçuşları azaltmalıdır.
"Lufthansa" rəhbəri Karsten Şpor bəzi uçuşların dayandırılmasının qaçılmaz ola biləcəyini bildirib. Şirkət böhran planları çərçivəsində tutumun 5 faizədək azaldılması və köhnə təyyarələrin istismardan çıxarılmasını nəzərdən keçirir.
Bununla belə, bəzi aviaşirkətlər, o cümlədən "Lufthansa", yanacaq ehtiyatlarını uzunmüddətli hedcləmə ilə qoruduqlarını bildirir. Lakin bütün şirkətlər bu qədər dayanıqlı mövqedə deyil.
Məsələn, "EasyJet" yaxın aylarda yanacaq ehtiyatlarının tükənə biləcəyini və bunun bilet qiymətlərinə təsir göstərə biləcəyini açıqlayıb. Avropa aviaşirkətləri assosiasiyası isə Avropa İttifaqını vəziyyətə operativ reaksiya verməyə, yanacaq təchizatını izləməyə və bəzi aviasiya vergilərini müvəqqəti ləğv etməyə çağırıb.
Uzunmüddətli perspektivdə isə hökumətlərin aşağı karbonlu yanacaq istehsalını artırmaq və ekoloji aviasiya texnologiyalarını inkişaf etdirmək kimi addımlar atması mümkün hesab olunur. Lakin hazırkı mərhələdə Avropa aviasiya sektoru və yay səyahətləri üçün vəziyyət qeyri-müəyyən və çətin olaraq qalır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBVF: Müharibə davam etdikcə qlobal iqtisadiyyat tənəzzülə uğraya bilər
15.04.2026“Amazon” 11,6 milyarda şirkət alacaq
15.04.2026Əlilliyi olan şəxslər və şəhid ailələri üçün yeni mənzillər alınacaq
15.04.2026“Azər Türk Bank”ın Mərkəzi Banka və dövlət fondlarına borcu 262 milyonu ötüb
15.04.2026Enerji böhranı: Avropalı turistlər yay tətili planlarını yenidən nəzərdən keçirmə bilər
15.04.2026Neft üçün Hörmüz düyünü: Qiymətlər necə olacaq?
15.04.2026“Bloomberg”in sahibi Maykl Blumberq 5 ildə nə qədər varlanıb?
15.04.2026
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub ®
15.04.2026"Uber" strategiyasını dəyişir: Sürücüsüz taksilərə 10 milyard dollar investisiya..
15.04.2026Maliyyə Nazirliyi: Yaxın 4 ildə orta illik inflyasiya 5%-dən aşağı olacaq
15.04.2026Bu şəxslərin maaşları artırılıb
15.04.2026Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq
15.04.2026Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi
15.04.2026"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb
15.04.2026Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi
15.04.2026