"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb

Redaktor

15.04.2026 17:33
35

"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb

Nazirlər Kabineti "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edib.

Valyuta.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində "Sea Breeze Resort" istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb.

Yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilib.

Dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirməsi üçün yaradılması nəzərdə tutulan süni torpaq sahəsi Nardaran qəsəbəsinin hüdudları çərçivəsində olmaqla Sabunçu rayonunun inzibati ərazisinə aid edilib.

Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi ayrılmış 55,08 hektar su fondu torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınması üçün icarə hüququ yaranmış sifarişçi qismində "Nardaran İnvest" MMC ilə torpaq icarəsi müqaviləsinin bağlanılmasını təmin etməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən süni torpaq sahəsinin yaradılması və həmin 55,08 hektar torpaq sahəsində tikinti obyektlərinin inşası üçün tikintiyə icazə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Sərhəd Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Enerji böhranı: Avropalı turistlər yay tətili planlarını yenidən nəzərdən keçirmə bilər

15.04.2026

Neft üçün Hörmüz düyünü: Qiymətlər necə olacaq?

15.04.2026

“Bloomberg”in sahibi Maykl Blumberq 5 ildə nə qədər varlanıb?

15.04.2026
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub

AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub ®

15.04.2026

"Uber" strategiyasını dəyişir: Sürücüsüz taksilərə 10 milyard dollar investisiya..

15.04.2026

Maliyyə Nazirliyi: Yaxın 4 ildə orta illik inflyasiya 5%-dən aşağı olacaq

15.04.2026

Bu şəxslərin maaşları artırılıb

15.04.2026

Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

15.04.2026

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi

15.04.2026

"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb

15.04.2026

Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi

15.04.2026
"Xalq Bank"ın mənfəəti 2,5 milyon manat azalıb

"Xalq Bank"ın mənfəəti 2,5 milyon manat azalıb

15.04.2026

Hərbi qeydiyyatla bağlı yeni qaydalar təsdiqləndi

15.04.2026

Yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir

15.04.2026

Azərbaycanın dövlət borcu yaxın 2 ildə 29 milyard manata çata bilər

15.04.2026

"Bank Respublika"da diqqətçəkən azalma: nağd vəsaitləri 58%-dən çox azalıb

15.04.2026

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

15.04.2026

Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat

15.04.2026

Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?

15.04.2026

Tramp: Neftin qiymətləri noyabra qədər sabitləşə bilər

15.04.2026

Məzənnə

Yüklənir...