Redaktor
“Azər Türk Bank”ın Mərkəzi Banka və dövlət fondlarına borcu 262 milyonu ötüb
"Azər Türk Bank" 2026-cı ilin I rübünü 4 milyon 546 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin 3 milyon 828 min manat mənfəəti ilə müqayisədə 718 min manat və ya 18,8% artıb.
Bankın maliyyə hesabatına əsasən, hesabat dövründə faiz xərcləri də yüksəlib. Belə ki, faiz xərcləri ötən ilin ilk üç ayındakı 18 milyon 150 min manatdan 19 milyon 940 min manata çatıb. Bu, 1 milyon 790 min manat və ya 9,9% artımdır.
Qeyri-faiz xərcləri də 3 milyon 503 min manat və ya 22% artaraq 19 milyon 463 min manata yüksəlib.
Faiz xərclərinin artımında depozitlər üzrə ödənilən faizlərin yüksəlməsi əsas rol oynayıb. Depozitlər üzrə faiz xərcləri 16 milyon 686 min manatdan 18 milyon 141 min manata çatıb ki, bu da 1 milyon 455 min manat və ya 8,7% artım deməkdir.
Bankın aktivləri artaraq 2026-cı ilin birinci rübünün sonuna 2 milyard 200 milyon 607 min manat təşkil edib. Bununla yanaşı, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər azalıb. Bu göstərici 316 milyon 891 min manatdan 239 milyon 299 min manata enib.
Biznes kreditlərinin həcmi də azalma göstərib. Belə ki, portfel 304 milyon 712 min manatdan 276 milyon 406 min manata düşüb. Bu isə 28 milyon 306 min manat və ya 9,3% azalmadır.
Bankın ümumi öhdəlikləri isə illik müqayisədə 1 milyard 845 milyon 340 min manatdan 2 milyard 078 milyon 547 min manata yüksəlib. Bu, 233 milyon 207 min manat və ya 12,6% artım deməkdir. Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər 198 milyon 337 min manatdan 210 milyon 833 min manata yüksəlib. Artım 12 milyon 496 min manat və ya 6,3% təşkil edib. Kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər də 56 milyon 71 min manat və ya 27,1% artıb. Nəticədə artaraq 206 milyon 851 min manatdan 262 milyon 922 min manata çatıb.
Əlaqəli Xəbərlər
"Xalq Bank"ın mənfəəti 2,5 milyon manat azalıb
“Bank of Baku”nun borcu 1 milyardı keçdi
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb
ABB-nin faiz xərcləri 107 milyon manatı ötüb
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026