Ər arvad pulu bir yerdə yığmalı, yoxsa hərənin öz büdcəsi olmalı?
28.04.2025 11:29
877

Ər arvad pulu bir yerdə yığmalı, yoxsa hərənin öz büdcəsi olmalı?

Ruzanna Bəşirova
        Xərclər üzrə konsultant

Ailələrdə büdcə planlaması zamanı müxtəlif situasiyalar yaranır ki, bunlardan biri ailə başçılarından hər ikisinin gəlirinin olması zamanı baş verir. Bu zaman hansı büdcə planlamasından istifadə ediləcəyinə qərar vermək bir qədər çətin gəlir. Hər iki şəxsin gəlirinin olduğu ailələrdə büdcə planlaması edilən zaman adətən, aşağıdakı 3 metoddan daha çox istifadə olunur.

Ailədə həm kişi, həm də qadın işlədiyi zaman büdcə planlaması zamanı bəzi ailələrdə

·        Hər iki şəxsin gəliri bir büdcədə toplanır xərcləmələr ortaq büdcədən aparılır

·        Hər kəs öz gəlirini ayrılıqda xərcləyir

·        Bir nəfərin gəliri xərclənir, bir nəfərin gəliri yığılır.

Hər bir haldan istifadə etmək mümkündür. Bu zaman hansı metodu seçmək ailədəki fərdlərin həyat tərzi, xarakter və istəklərinə bağlıdır.

Elə ailələr var ki, o ailələrdə bütün qərarlar ortaq alınır və fərdlərin istirahət, qidalanma və s. kimi fəaliyyətləri demək olar ki, üst-üstə düşür. Bu zaman ailədə bütün gəlirin bir yerə toplanıb, vahid büdcədən xərclənmə faydalı ola bilir. Bu prosesdə büdcəni idarə edənin kişi və qadın olmasının, şəxsin maliyyə savadlılığı ilə yanaşı, duyğusal, yoxsa məntiqi qərar vermə məsələsi də önəm daşıyır. Məntiqlə qərarların verildiyi ailələrdə bütün hallarda xərcləmələr daha produktiv olur. İstər vahid büdcə olsun, istərsə də ayrı büdcələr, fərq etməz. Emosional qərarlar qəbul edildikdə isə, tərəflərdən emosional qərarlar qəbul edən şəxsin gəlirinin digər şəxsin idarə edilməsinə həvalə edilməsi daha məqsədə uyğundur.

Hər kəsin öz gəlirini ayrılıqda xərcləmək istədiyi ailələrdə ailə büdcəsinin planlaması zamanı fərdlər üzərinə gəlirlərinə görə öhdəliklər götürərək bir birlərinə köməklik edərək xərc yükünü bölüşdürə bilərlər. Bu cür hallarda gəliri çox olan şəxs ailədəki daha böyük ödənişləri (kirayə, kredit, bazarlıq, kommunal xərclər və s.), digər şəxs isə gündəlik lazım olan kiçik miqyaslı ehtiyacları qarşılaya bilər. Amma istənilən halda qərarlar tərəflərin şəxsi istək və qərarlarına, o cümlədən iş yükünü götürmə bacarıqlarına uyğun olaraq qarşılıqlı şəkildə razılaşdırılması daha məqsədəuyğundur.

Bir nəfərin gəlirinin yığılıb, digər şəxsin gəlirinin xərcənməsi metodu da kifayət qədər uğurlu metod sayılır. Bu halla praktikada adətən xanımın gəliri az, bəyin gəliri isə kifayət qədər olduğu zaman qarşılaşırıq. Bu cür hallarda bəyin gəliri ilə aylıq və gündəlik ehtiyaclar ödənir, xanımın gəliri ilə isə ya məqsəd olaraq qarşıya qoyulan hansısa əşyalar alınır, ya da səyahət edilir.

Ümumiyyətlə, büdcə planlaması zamanı müxtəlif üsul və metodlardan istifadə etmək mümkündür ki, yaxşı nəticə də əldə edəsən. Bu zaman sadəcə diqqət ediləcə detallar var ki, bu da insanların həyat tərzi və istəkləri fərqli olduğu üçün fərdidir.

Ümumiyyətlə, yaxş nəticə almaq istənilən bütün proseslərdə detallara diqqət edərək fərdi proqram tərtib etməklə istənilən nəticədən də daha yaxşı nəticə almaq olar.

Qazanmaq sənət, xərcləmək isə incəsənətdir.

Doğru xərcləyin yaxşı yaşayın.

Ər arvad pulu bir yerdə yığmalı, yoxsa hərənin öz büdcəsi olmalı?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

19.04.2026

“Storm Therapeutics” 56 milyon dollar investisiya aldı

18.04.2026

Ət idxalı artdı: Azərbaycan xaricdən nə qədər ət alıb?

18.04.2026

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

18.04.2026

Ucuz qızıllar saxtadır?

18.04.2026

Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb

18.04.2026

Xaricə fındıq satışından 68,6 milyon dollar gəlir əldə edilib

18.04.2026

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb

18.04.2026

Köhnə telefonlar kəskin bahalaşır: Niyə onları kütləvi şəkildə alırlar?

18.04.2026

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

18.04.2026

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

18.04.2026

Sabah Azərbaycanda hava necə olacaq?

18.04.2026

"Ford" bir milyondan çox avtomobilini geri çağırır

18.04.2026

General Müşfiq Məmmədov işdən çıxarıldı

18.04.2026

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

18.04.2026

Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

18.04.2026

Noutbuk istehsalı 27 dəfədən çox azaldı

18.04.2026

İşdə vaxtınız az olsa belə fasilə verməyin 5 yolu - SƏHƏR OXUSU

18.04.2026

Azərbaycanda makaron istehsalı yüksəlib

17.04.2026

Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır

17.04.2026

Məzənnə

Yüklənir...