Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

Redaktor

18.04.2026 10:31
170

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.

Valyuta.az bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.

Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.

Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

"Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonlarının sakinləri üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək", - ADY qeyd edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

21.04.2026

28 May ətrafında tramvay şəbəkəsi yaradılır

21.04.2026

Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb

21.04.2026

Azərbaycanda qızıl istehsalı azalıb

21.04.2026

"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL

21.04.2026

17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi

21.04.2026

“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb

21.04.2026

Azərbaycan neftinin qiyməti 110 dolları keçib

21.04.2026

"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?

21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər

Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ

21.04.2026

Bakıda metronun altından avtomobil yolu keçəcək

21.04.2026

Avro və rubl bahalaşır

21.04.2026
Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

21.04.2026

Gəldiyi ölkədə bazar boşluğunu gördü, nəhəng brend yaratdı - SƏHƏR OXUSU

21.04.2026

Sumqayıtın yeni baş memarı açıqlandı

20.04.2026

“Nissan”ın CEO-su stressi idarə etmək üçün istifadə etdiyi təəccüblü vərdişləri açıqlayıb

20.04.2026

Neftdə dalğalanma: Treyderlər yeni qiymət şokları proqnozlaşdırır

20.04.2026

Texnologiyanın xəyalları: "Apple"ın heç vaxt istehsal etmədiyi 7 gizli layihəsi

20.04.2026

Kvant internet ilə VPN dövrü bitir?

20.04.2026

Məzənnə

Yüklənir...